Modern.az

Şirməmməd Hüseynov qızının rektor təyinatından DANIŞDI

Şirməmməd Hüseynov qızının rektor təyinatından DANIŞDI

Təhsil

3 May 2014, 12:29

Ötən gün Prezident İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzaladı. Qeyd edək ki, F. Əliyeva BDU-nun professoru, görkəmli alim, mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynovun qızıdır.

Tanınmış tədqiqatçı-alim qızının yeni təyinatı barədə heç bir fikir bildirmək istəmir. Ş. Hüseynov Modern.az-a açıqlamasında Prezidentin sərəncamını yüksək dəyərləndirib. “ Nə deyə bilərəm. Prezident sərəncam verib. Ayrı söz deyə bilmərəm”.

Xatırladaq ki, Fərəh Şirməmməd qızı Əliyeva 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb.
1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısı, elmi monoqrafiya, dərsliklər, onlarla elmi, elmi-populyar məqalələrin müəllifidir. Tədqiqatçı kimi F. Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşıb. O, Ü. Hacıbəyov, A. Zeynallı, Q. Qarayev, F. Əmirov, A. Əlizadə, F. Qarayev, F. Əlizadə, R. Həsənova, S. Ələsgərov, C. Cahangirov, T. Quliyev, R. Behbudov və s. bəstəkarlar, ifaçılar haqda məqalələrin müəllifidir. 
F. Əliyeva bu təyinatadək Bakı Musiqi Akademiyasında musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq namizədidir.  

Gültəkin ƏLƏSGƏR  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı