Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Temperaturun gecə 10-14 dərəcə isti, gündüz 22-27 isti, Bakıda gecə 11-13dərəcə isti, gündüz 24-26dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, temperaturun gecə 9-14 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Modern.az