Modern.az

Krım ermənisi Simferepolda ara qarışdırır - VİDEO

Krım ermənisi Simferepolda ara qarışdırır - VİDEO

Eğitim

5 May 2014, 11:59


Ukraynanın siyasi həyatındakı qeyri-müəyyənlikdə yerli erməni icması da aktiv şəkildə iştirak edir. Onların bir qismi yeni Ukrayna iqtidarını dəstəkləyir və daxili İşlər naziri Arsen Avakovun simasında bu hakimiyyətdə təmsil olunurlar. Lakin hadisələrin inkişafı göstərdi ki, Krım və Şərqi Ukrayna ermənilərinin mütləq əksəriyyəti Rusiyaya meyl edir və Rusiya tərəfinin təbliğat materiallarında geniş istifadə etdiyi arqumentə - Ukraynada hakimiyyətə rusofob millətçilərin gəlməsinə inanırlar.

Bunun sübutu olaraq Krımda yerli mütəşəkkil cinayətkar qrupun rəhbəri olmuş Samvel adlı ermənini misal göstərmək olar. İnternet məkanında bir neçə videosu yayılan Samvel artıq bir aya yaxındır ki, Ukraynadakı rus meyyli qüvvələrin sevimlisinə çevrilib. Özünü Krımın özünümüdafiə qüvvələrinin üzvü adlandıran Samvel Krımın Rusiyaya birləşdirilməsi öncəsi keçirilən referendumda təhlükəsizliyi təmin edib. Onun Krımın mərkəzi Simferopol şəhərində yeni Kiyev hakimiyyətinin tərəfdarını döydüyü anlar isə jurnalistlər tərəfindən lentə alınıb. Bundan başqa, Ukrayna ordusunun Krımda dislokasiya olunmuş hərbi hissəsinin mayonu döyməkdə şübhəli bilinən Krım ermənisi yarımada da martın 16-da keçirilən referendum öncəsi Simferopol aeroportunu və daha bir neçə obyektin separatçılar tərəfindən ələ keçirilməsində iştirak edib.

Samvelin iştirakı ilə bir neçə gün öncə yayılan sonuncu videosunda isə o, özü kimi silahlı bir qrup şəxslə Krımın özünümüdafiə qüvvələrinin 4-cü bölüyü adından Şərqi Ukraynaya yardıma gələcəklərini deyir və Kiyev “xunta”sının öz qoşunlarını tez bir zamanda Slavyanskdan geri çəkməsini tələb edir.     



Vüqar İsmayılov
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı