Modern.az

“Müasir Azərbaycan tarixinə bir baxış” adlı seminar keçirilib

“Müasir Azərbaycan tarixinə bir baxış” adlı seminar keçirilib

Образование

5 May 2014, 21:00

Beynəlxalq Mətbuat Mərkəzində “Müasir Azərbaycan tarixinə bir baxış” adlı növbəti  mühazirə-seminar  keçirilib.

Modern.az-ın məlumatına görə, Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Humanitar Araşdırmalar İctimai Birliyinin  “Azərbaycan tarixi-Azərbaycan gəncliyi: tarixi kontekstdən müasir reallıqlara doğru” layihəsi çərçivəsində  ali məktəb tələbələri üçün “Müasir Azərbaycan tarixinə bir baxış” adlı növbəti  mühazirə-seminar  keçirilib. Mühazirə-seminarı giriş sözü ilə Birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Qasımlı açıb.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu və ulu öndər  Heydər Əliyevin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdövsiyə Əhmədova məruzə edib. Mühazirə-seminarda millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa və digərləri çıxış edərək öz fikilərini bildiriblər. Sonra iştirakçıların sualları cavablandırılıb. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı