Modern.az

Müsavat Putindən ÇƏKİNMİR: “İsa Qəmbər Kiyevdə dövlət maraqlarını müdafiə edib”

Müsavat Putindən ÇƏKİNMİR: “İsa Qəmbər Kiyevdə dövlət maraqlarını müdafiə edib”

Eğitim

6 May 2014, 10:16

“Rusiya Xarici İşlər Nazirliyinin hazırladığı və Kreml rəhbəri Vladimir Putinə təqdim etdiyi hesabat Müsavat Partiyasında heç bir narahatlıq yaratmır. Çünki Müsavat başqanı İsa Qəmbər Maydandakı çıxışında Ukrayna demokratlarına dəstəyini nümayiş etdirib. O, hakimiyyətin adından danışmayıb və Azərbaycan dövlətinin maraqlarına zidd addım atmayıb”.

Bunu Modern.az saytına açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. O, Maydanda çıxış edən siyasətçilərlə bağlı Rusiya prezidenti Vladimir Putinə təqdim edilən hesabatı şərh edərkən bildirib ki, narahatlıq olsa idi, əvvəldə İ. Qəmbər Kiyevə getməzdi.

“İsa Qəmbər həmişə dünyada və Azərbaycanda hüquqları pozulan insanların və xalqların müdafiəsində dayanıb. Müsavat Partiyası Ukrayna xalqının apardığı mübarizəni dəstəkləyib. Krım tatarlarının hüquqlarının müdafiəsi üçün üzvlərimiz Krıma səfər etmək istəyiblər. Biz haqq işi uğrunda mübarizə aparan xalqların yanındayıq. Müsavat Partiyasının yarandığı gündən missiyalarından biri də budur”.

Qeyd edək ki, Rusiya XİN ötən ilin noyabr ayından 2014-cü ilin mart ayına qədər Ukraynadakı insan hüquqları ilə bağlı V. Putinə hesabat verib. Hesabatda Maydanda çıxış edən siyasətçilərin fikirləri təhlil olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Müsavat başqanı İsa Qəmbər də Kiyevdə çıxış edərək keçmiş prezident Viktor Yanukoviçə müxalif olan qüvvələrə dəstək vermişdi.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı