Modern.az

Əli Abbasov: "Mobil operatorların tarifləri aşağı salınacaq"

Əli Abbasov: "Mobil operatorların tarifləri aşağı salınacaq"

تحصیلات

6 May 2014, 11:37

“Ucuzlaşdırılmış vahid operatorlar arası qiymət üzərində danışıqları bitirirlər. Bundan sonra onların imkanı olacaq ki, qiymətləri aşağı salsınlar. Onu da qeyd edək ki, qiymətlər bazar qiymətləridir. Onlara çox təzyiq də etmək olmaz.Qiymətlərin həddən artıq aşağı düşməsi dərin inkişafa müəyyən qədər təsir edir”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında yüksək rabitə və texnologiyalar naziri Əli Abbasov deyib. O bildirib ki, qiymətləri aşağı salmaq olar.   

Nazir internetin keyfiyyəti ilə bağlı suala da cavab verib. "Gələn il Azərbaycanda birinci Avropa Olimpiya oyunları keçiriləcək. Bununla bağlı bir neçə texnoloji şirkətə müraciət etmişik. Yaxın vaxtlarda ümumiyyətlə, Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq.Bu yoxlama bir iki ay çəkəcək. O yoxlamalara əsasən müəyyən tədbirlər görəcəyik".

Ə. Abbasov Qazaxıstanla TALSİUM layihəsi ilə dənizaltı kabel magistralının çəkilişinə də münasibət bildirib. “BMT-nin baş Assambleyasının 67-ci sessiyası Aərbaycanın koordinatorluğu ilə Avrasiyada xüsusi rabitə alyansını yaradıb. Artıq bu alyansın fəaliyyətinə başlayacağıq. Bunun layihələrindən biri də tasim layihəsidir. O istiqamətdə də artıq müəyyən hazırlıq işləri görülməkdədir. Demək olar ki, biznes layihəsi bir neçə böyük operatorlar tərəfindən hazırlanır və həyata keçəcək. Tasim layihəsi Azərbaycanın kordinator olduğu bu alyansda belə layihəin sayı da çox olacaq”.

   

 

Namidə Bingöl
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı