Modern.az

İlham Əliyev Abdulla Güllə görüşüb

İlham Əliyev Abdulla Güllə görüşüb

Eğitim

6 May 2014, 19:54

Mayın 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdulla Gül ilə görüşüb. (AzərTAc).
Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin böyük önəm daşıdığı qeyd edilib. Tbilisi Sammitinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb, ikitərəfli əlaqələrimizin regional əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran, eləcə də regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı