Modern.az

Dilarə Kazımova “Eurovision-2014”ün finalına çıxdı - VİDEO

Dilarə Kazımova “Eurovision-2014”ün finalına çıxdı - VİDEO

Təhsil

7 May 2014, 10:05


Mayın 7-dən 8-nə keçən gecə “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib. Modern.az saytı xəbər verir ki, Danimarka paytaxtı Kopenhagendəki “B and V” arenanın səhnəsində təşkilatçılar tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər.
16 ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Ermənistan təmsilçisi Aram MP3, daha sonra Latviyanın “Arzemnieki” qrupu, Estoniyanın istedadlı müğənnisi Tanja, İsveçdən Sanne Nielsen, İslandiyadan “Pollapönk” qrupu, Albaniyadan Hersi Matmuja, Rusiyadan “Tolmaçova bacıları”, Azərbaycan təmsilçisi Dilarə Kazımova, ukraynalı Mariya Yeremçuk, Belçikadan Aksel Hirsoks, moldovalı Kristina Skarlat, San Marinodan Valentina Monetta, portuqaliyalı Suzi, Niderlanddan “Kommon Linnets” qrupu, Monteneqronun Sergey Çetkoviç, Macarıstandan Andras Kallay Saunders öz ifalarını nümayiş etdiriblər.
Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən Danimarkanın müxtəlif guşələrinin görüntüləri olub.
Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb.
Birinci yarımfinalda 16 ölkə təmsilçisindən finala vəsiqə qazanan 10 ölkənin sıra ardıcıllığı belədir: Monteneqro (1), Macarıstan (2), Rusiya (3), Ermənistan (4), Azərbaycan (5), San Marino (6), Ukrayna (7), İsveç (8), Niderland (9), İslandiya (10).



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı