Modern.az

Su xətlərinə qanunsuz qoşulanların cərimələri artırıldı

Su xətlərinə qanunsuz qoşulanların cərimələri artırıldı

Təhsil

19 May 2014, 14:37

Su xətlərinə qanunsuz qoşulmanın hüquqi çərçivəsi dəyişdirilir. Modern.az xəbər verir ki bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.

Dəyişiklik bu gün Milli Məclisin Regional məsələlər üzrə komitəsində müzakirə olunub. Hazırda qüvvədə olan variantda su kəmərlərindən, kanallardan özbaşına su götürülməsi kimi verilən 101.2.3-cü maddə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması formasında dəyişdirilib. Qanunvericilik “az miqdarda ziyan” dedikdə 1000 manatadək olan ziyan nəzərdə tutulur. Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vuran fiziki şəxslər iyirmi manatdan qırx manatadək, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Layihə Mİlli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Gültəkin Ələsgər

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı