Modern.az

Azərbaycanda 250 Ukrayna vətəndaşı səs verəcək

Azərbaycanda 250 Ukrayna vətəndaşı səs verəcək

Təhsil

22 May 2014, 10:45

Mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərində Azərbaycanda yaşayan 250 Ukrayna vətəndaşı səs verəcək. Ukraynanın Azərbaycandakı səfirilyinin konsulluq şöbəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycandakı Ukrayna vətəndaşlarının sayının dəqiqləşdirilməsi bu gün tam başa çatacaq: “Bu gün seçici siyahısının müəyyənləşdirilməsi üçün sonuncu gündür. Seçici siyahısı Azərbaycanda qeydiyyatda olan  təxminən 250 Ukrayna vətəndaşından ibarətdir”.

Xatırladaq ki, mayın 25-də Ukraynada keçiriləcək prezident seçkiləri səbəbilə Ukraynanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi təkşil olunacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı