Modern.az

Körpüdə intihar etmək istəyən şəxs: “İcra başçısı məni aldadıb” - YENİLƏNİB

Körpüdə intihar etmək istəyən şəxs: “İcra başçısı məni aldadıb” - YENİLƏNİB

Eğitim

21 Avqust 2014, 13:17


Bu gün "Koroğlu" metrostansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihara cəhd edib. Hadisə yerinə gəlmiş Daxili İŞlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi işçiləri ərazini əhatəyə alıblar. İntihara cəhd edən şəxs – Fəqan Nəsibov şikayətini yalnız deputat Qənirə Paşayevaya çatdıracağını bildirib.

Modern.az-ın məlumatına görə, Q. Paşayeva hazırda hadisə yerinə yollanıb.

F. Nəsibovun sözlərinə görə, hazırda Zərdab rayonunun icra başçısı olan, Mingəçevirin keçmiş icra başçısı Lütfəli Babayev onun 65 min manat pulunu mənimsəyib. “Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. Dedi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm.

Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Qənirə Paşayevadan başqa artıq heç bir məmura inamım qalmayıb”.

***

Fövqəladə  Hallar Nazirliyinin xilasediciləri intihar etmək istəyəni fikrindən yayındıra bilib. O, intihar etməkdən vaz keçib. 

 


Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı