Belçikanın baş naziri Elio Di Ruponun maşınından naməlum şəxslər kral ailəsi ilə də bağlı gizli informasiyaların olduğu noutbuku oğurlayıblar.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, noutbuk baş nazir idman zalında, avtomobilin sürücüsü isə kitab mağazasında olarkən oğurlanıb. Noutbukdakı diskdə Belçika hökumətinin ölkənin daxili siyasəti ilə bağlı gələcək planları saxlanılmış.
Sürücü oğurluq faktı ilə bağlı dindirilir. Onun iş yerini nə səbəbdən tərk etdiyi araşdırılır.
Modern.az