Modern.az

1 sentyabrın hava PROQNOZU

1 sentyabrın hava PROQNOZU

Eğitim

31 Avqust 2014, 14:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrln 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı , əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 22-25° isti, gündüz 27-32° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55% təşkil edəcək.
Abşeron çimərliklərində: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 25-26° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27° isti, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında - axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və  Daşkəsən-Gədəbəy rayonlarında - gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında - ə
sasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,  Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 19-24° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 20-25° isti, gündüz 29-34° isti,
dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı ehtimalı var.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı