Modern.az

Almanlar Göygölə qonaq gəlib - FOTO

Almanlar Göygölə qonaq gəlib - FOTO

Образование

8 Sentyabr 2014, 13:12

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılğı və Milli Məclisin deputatı Rövşən Rzayevin dəstəyi ilə ilə Almaniyanın Şturqart şəhərinin musiqi məktəblərinin şagirdləri və müəllimləri  Göygöl rayonuna qonaq gəlib.  Modern.az-a bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. 20 nəfər əcnəbi bir həftə müddətində Göygöl rayonu ilə  tanış olub və şəhərin tarixi yerlərini gəziblər. Qonaqlara bildirilib ki, bu rayonun əsası almanlar tərəfindən 1819-cu ildə qoyulub. İlk adı Yelenandorf olub. Alman qonaqlar şəhərdəki qədim alman evlərinə, o cümlədən Göygöl Tarix Diyarşünaslıq müzeyi kimi fəaliyyət göstərən keçmiş Lüteran kilsəsinə baxıblar. Qeyd olunub ki,  Lüteran kilsəsi 1854-cü ildə almanlar tərəfindən tikilib, 1857-ci ildə istifadəyə verilib. 2005-ci ildən isə Göygöl rayon Tarix Diyarşünaslıq muzeyi kimi fəaliyyətdədir. Qonaqlara məlumat verilib ki, Göygöl rayonunda XIX əsrin əvvəllərində almanlar tərəfindən inşa edilən 300-dən çox ev var.

Qeyd edək ki, 2011-ci ildə Göygöl musiqi məktəbinin bir qrup şagirdi Ştutqard şəhərində səfərdə olub. Belə qarşılıqlı səfərlər mədəni mübadilə və əməkdaşlıq  üçün böyük imkanlar yaradır.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı