Modern.az

Əhməd Davudoğlu Bakı səfərini yarımçıq qoydu - Türk diplomatları İŞİD girovluğundan qurtuldu

Əhməd Davudoğlu Bakı səfərini yarımçıq qoydu - Türk diplomatları İŞİD girovluğundan qurtuldu

Образование

20 Sentyabr 2014, 08:22


Türkiyənin baş naziri Əhməd Davudoğlu terror qruplaşması olan İŞİD-in girov saxladığı türk diplomatlarının qurtarıldığını deyib.

Modern.az saytı xəbər verir ki, Davudoğlu bu barədə səhər saatlarında Bakıda qaldığı oteldə açıqlama verib: “Bu gecə səhərə yaxın vətəndaşlarımızı aldıq və səhər saat 7-də sağ-salamat ölkəmizə gətirdik".  

Bu hadisəylə bağlı Ə.Davudoğlu Bakıdakı səfərini yarıda saxlayacağını və onu enerji və təbbi sərvətlər naziri Taner Yıldızın əvəz edəcəyini açıqlayıb.

Qeyd edək ki, Türkiyənin Mosul baş konsulu və 48 türk vətəndaşı 3 aydan artıq müddətdir ki, İŞİD tərəfindən girov götürülmüşdü.



Rüfanə GÜNƏŞ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı