Modern.az

Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyuldu

Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyuldu

Eğitim

20 Sentyabr 2014, 14:39


Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 20 illiyi, “Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə bağlı təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan dövlət və hökumət başçıları mərasimdə iştirak ediblər. Əvvəlcə Prezident İlham Əliyev, dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Dövləti başçısı mərasimdə çıxış etdi. Sonra Bolqarıstan Prezidenti Rosen Plevneliev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Yunanıstanın Baş naziri Antonis Samaras, Monteneqronun Baş naziri Milo Cukanoviç çıxış etdilər.

Mərasimdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun videomüraciəti göstərildi. Sonra Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız çıxış etdi, Norveçin Azərbaycandakı səfiri Baard İvar Svendsen bu ölkənin Baş naziri xanım Erna Solberqin təbrik məktubunu oxudu.

Daha sonra Albaniyanın energetika naziri Damian Gjiknuri, Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət katibi Lord Livinqston, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Kladio de Vinsenti çıxış etdilər.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn çıxış etdi və dövlət katibi Con Kerrinin təbrik məktubunu oxudu.

Sonra bp şirkətinin icraçı direktoru Robert Dadli və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxış etdilər.

Mərasimin sonunda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən bəhs edən videoçarx nümayiş etdirildi.
Daha sonra dövlət və hökumət başçıları Səngəçalda “Cənub” qaz dəhlizinin təməlini qoydular.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı