İraq Şam İslam Dövlətinin (İŞİD) videolarında tez-tez yer alan və Qərb mətbuatı tərəfindən İŞİD-in “plakat uşağı” adlandırılan rəhbəri Kobanide öldürülüb.
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, Yaxın Şərqdə terror həyata keçirən İŞİD-in təbliğat videolarında tez-tez rol alan, Qərb mətbuatında populyarlıq qazanan və “İŞİD-in plakat uşağı” deyə adlandıran bir yaraqlının Türkiyə sərhədindəki kürd şəhəri Kobanide öldürüldüyü iddia edilib.ABŞ-ın “Daily Beast” saytının xəbərinə görə, El Amriki dünən YPG tərəfindən Kobanide öldürülüb. Şəhəri bir aydır İŞİD-dən müdafiə edən Xalq Müdafiə Qoşunları (YPG) da Məhəmməd El Amrikinin dünən öldürüldüyünü bildirib. El Amriki ilk dəfə 2014-cü ilin fevral ayında İŞİD-in yaraqlı toplamaq məqsədilə hazırladığı bir videoda görüntülənib. Şimali Afrika ləhcəsilə ingiliscə danışan Amriki 10 il ABŞ-da yaşadıqdan sonra Suriyaya getdiyini, öncə “Əl-Qaidə”yə bağlı “Əl Nusra”ya qatıldığını, sonra da İŞİD-ə keçdiyini bildirirdi.
Modern.az