“Mətbuat muzeyinin yaradılması yönündə proses davam edir. Hazırda Türkiyədən Azərbaycan mətbuat tarixinə aid olan orjinal nümunələr gətirilir”. Bunu Modern.az-a Mətbuat Şurasının kommisiya sədri, deputat Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, Türkiyədə bəzi adamların şəxsi arxivləridə mütəqillik dövründə və ondan əvvəlki dövürlərdə nəşr olunmuş çap nümunələri mövcuddur. Həmin nümunələr alınıb ölkəmizə gətirldiyini deyən C. Feyziyev bu işdə onlara
Türkiyə Qəzetçilər Federasiyasının böyük dəstəyi olduğunu vurğulayıb.
“Fedarsiya ilə yanaşı, Türkiyədəki şəxsi tanışlarımız, həmçinin jurnalistlər də təşəbbüsümüzə müsbət yanaşırlar. Arxivlərində Azərbaycanın mətbuat tarixinə aid eksponatlar olan şəxslərdən həmin nümunələri alınır və Mətbuat Şurasında toplanılır. Bu günə qədər Türkiyədən müxtəlif qəzetlər gətirilib”.
Muzeyin təşkil olunacağın yerin hələ məlum olmadığını bildirən C. Feyziyev xarici ölkələrdə Azərbaycanın mətbuat tarixinə aid eksponatların toplanma prosesinin daimi davam edəcəyini deyib. O həmçinin Azərbaycan vətəndaşlarına da müraciət edib.
“Hər hansı şəxsin öz arxivində Azərbayacanın mətbuat tarixinə dair hər hansı orjinal sənəd, qəzet nümunləri varsa, biz onları ala bilərik”.
Hazırda gətirilən nümunlərinin siyahasının tərtibatı yönündə fəaliyyətlərin davam etdiyini deyən Ç. Feyziyev yaxın günlərdə Mətbuat Şurasının ölkəmizə gətirilən eksponatların təqdimatını keçirəcəyini bildirib.
Məltəm TALIBZADƏ