Modern.az

Yerevan Ermənistanın “ən ac” şəhəridir

Yerevan Ermənistanın “ən ac” şəhəridir

Eğitim

25 Oktyabr 2014, 12:21


Ermənistan Milli Statistika Xidməti 2013-cü ilin yekunlarına dair “Ermənistan vilayətləri və Yerevan rəqəmlərdə” adlı hesabat yayıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hesabatda Armavir, Qeqarkunik vilayətlərinin və paytaxt Yerevanın aclıqdan ən çox əziyyət çəkən bölgələr olduğu göstərilir.

Dünyada qəbul olunan standartlara əsasən ərzaq səbətinin minimal sutkalıq norması 2232 kilokalori təşkil edir. Bu göstəricidən az kilokalori istehlak olunursa, bu aclığın, orqanizmin zəifləməsinin və kasıbçılığın miqyasını göstərir.   Hesabatdan aydın olur ki, Ermənistanın bölgələrinin əksəriyyətində əhali sutkalıq ərzaq minimumunu ödəyə bilmir. Ötən il düşmən ölkədə sutkalıq ərzaq norması 6 faiz, yaxud 142 kilokalori az olub.  

Sutkalıq ərzaq istehlakı yalnız 2 vilayətdə - Vayoç Dzor və Loridə normanı keçib. Maraqlıdır ki, əhalinin adambaşına düşən gəlirlərinə görə bu 2 vilayəti qabaqlayan Syunik (Zəngəzur) vilayəti və Yerevan sakinlərinin sutkalıq ərzaq normasını tam ödəyə bilmədiyi bölgələrdi. Yarım milyon Ermənistan vətəndaşının xaricdə yaşadığnıı nəzər alsaq, bu göstərici daha da bərbad görünəcək.          

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı