Modern.az

Tanınmış məşqçi Serbiya millisindən getdi

Tanınmış məşqçi Serbiya millisindən getdi

Eğitim

15 Noyabr 2014, 22:05

 

Serbiya yığma komandasının hollandiyalı baş məşçisi Dik Advokat postunu tərk edib. Modern.az bildirir ki, bu barədə Serbiya Futbol Federasiyasının saytında məlumat verilib. “Getməyimə görə məyusam. Bütün günahı boynuma götürürəm və həmişə buna görə əzab çəkəcəyəm. Mən Serbiya Futbol Federasiyasına, bütün futbolçulara və məşqçi heyətinə minnətdaram”, - Dik Advokat bəyan edib.

67 yaşlı Advokat Serbiya millisinə bu ildən başçılıq edirdi. Serblər noyabrın 14-də Belqradda Danimarka millisinə 1:3 hesabı ilə məğlub olub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı