Modern.az

“My name is İntiqam” filminin qala-gecəsi keçiriləcək

“My name is İntiqam” filminin qala-gecəsi keçiriləcək

Təhsil

25 Noyabr 2014, 16:55


Noyabrın 28-də Nizami Kino Mərkəzində “My name is İntiqam” milli komediya filminin qala-gecəsi keçiriləcək. AAAF Parkın vahid sponsorluğu ilə komediya janrında çəkilən “My name is İntiqam” filminin rejissoru Emil Abdullayevdir.

Bolluca gülüş vəd edən baş rolun ifaçısı aktyor Müşviq Şahverdiyev filmin “ bu vaxta kimi çəkilən komediya filmlərinin içində 1 nömrəli film” olacağını söyləyib.

Qala-gecəsində filmin rejissoru Emil Abdullayev, ssenari müəllifi Fariz Əliyev, aktyorlar Müşviq Şahverdiyev, İlkin Misgərli, Teymur Məmmədov, Aysel Bayramova və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər

Filmdən əvvəl, qonaqlar tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaqlar. Qala-gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (//www.facebook.com/NizamiCinema?rf=hl

F.Sabirqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı