
Milli Məclisin mətbuat xidmətinin verdiyi məlumata görə millət vəkili Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün 2-7 dekabr 2014-cü il tarixlərində İsveçrənin Bazel şəhərinə səfərdə olacaq.
Büro iclasında ABŞ, Ukrayna, Moldova, Bosniya və Herseqovinada keçirilmiş seçkilərdə aparılan müşahidələrin nəticələri, ATƏT PA-nın qarşısında duran perespektiv məsələlər və digər aktual mövzular müzakirə ediləcək.
ATƏT PA-nın Büro üzvü Azay Quliyev səfər müddətində ATƏT Nazirlər Şurasının iclasında da iştirak edəcək.
Modern.az