Modern.az

Ekvadordan Peterburqa kokain daşıyan azərbaycanlıya hökm oxundu

Ekvadordan Peterburqa kokain daşıyan azərbaycanlıya hökm oxundu

Eğitim

2 Dekabr 2014, 17:41


Sankt-Peterburq məhkəməsində narkotik qaçaqmalçılığında təqsirli bilinən Azərbaycan vətəndaşı Tamerlan Qədimova hökm oxunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, cinayəti ötən ilin sentyabr ayında törədib. Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Qədimov Ekvador Respublikasında müəyyən edilməyən bir nəfər və Rusiya vətəndaşı Maryana İmanaeva ilə Peterburqa 1 kiloqram kokainin kosmetika qablarında gətirilməsini əvvəlcədən sövdələşib. Ancaq narkotik avtomobil dayanacağında ələ keçib.

Məhkəmə Qədimovu təqsirkar hesab edərək 9,6 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. O, cəzasını ciddi rejimli həbsxanada çəkəcək. İmanaeva barəsində isə bundan əvvəl 5 il həbs qərarı çıxarılıb.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı