ABŞ-ın Müdafiə Nazirliyi bu gün verdiyi bəyanatda İranın İraqda olan “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının mövqelərini vurmağa başladığını irəli sürüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iranlı bir səlahiyyətli isə iddiaların doğru olmadığını qeyd edərək, İranın hər hansı bir hava hücumu keçirmədiyini bildirib. İraqlı təhlükəsizlik mütəxəssisi Hisham əl-Hashemi açıqlamasında hava hücumlarının 10 gün əvvəl İran sərhədi yaxınlığında baş verdiyini bildirərək deyib: "İran təyyarələrinin Diyaladaki bəzi hədəfləri vurduğu doğrudur. İran hökuməti radarları olmaması səbəbilə hava hücumlarının yalan olduğunu iddia edir”.
Pentaqon sözçüsü kontradmiral Con Kirby isə İranın hərbi hərəkətlərinin ABŞ ilə əlaqəli olmadığını bildirib.
Modern.az