
MDHP Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 69-ci ildönümüylə bağlı Fəxri Xiyabanda Seyid Cəfər Pişəvərinin məzarını ziyarət edəcək.
Bu həftə 1945-ci ildə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökümətin qurulmasından 69 il ötür. Bu şanlı tarixmizin qeyd edilməsiylə bağlı, Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin təşəbüsüilə 13.12.2014-ci il tarixində, saat 12:00 da, 1945-46 ci illərdə Güney Azərbaycanda qurulan milli hökümətin banisi Seyyid Cəfər Pişəvərinin Bakıda Fəxri xiyabanda məzarı ziyarət olunacaq və mərhümun xatirəsi hörmətlə yad ediləcək. Mərhumu məzarı önünüə əklil qoyulacaq və Milli Hökümətin Güney Azərbaycanda bir il müddətinə xidmətləri və məğlubiyyət səbəbləri haqda çıxışlar olacaq. Mərasimdə MDHP rəhbərliyi ilə yanaşı, ölkəmizin ictimai –siyasi simaları, millət vəkilləri, digər siyasi və ictimai təşkilatların nümayəndələri, ziyalılar və Bakıda yaşayan Güneyli siyasi mühacirlər iştirak edəcək. Bütün mediya dəvətlidir.