Moskvanın cənub-qərbində naməlim şəxs Ermənistan vətəndaşına bir neçə dəfə atəş açıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, adı hələ ki açıqlanmayan erməni xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Erməni kişiyə hücum dekabrın 13-də yerli vaxtla axşam saat 21 radələrində Balaklavski prospektindəki 4 nömrəli binanın yanında qeydə alınıb. Naməlum şəxs binadan qızı ilə birlikdəı çıxan erməniyə bir neçə dəfə atəş açıb.
Killer dərhal hadisə yerindən uzaqlaşıb.
Modern.az