“Azərsu” ASC abunəçilərin diqqətinə çatdırır ki, Böyükşor gölünün ətraf ərazilərində aparılan tikinti-abadlıq işləri çərçivəsində magistral su xətlərinin köçürülməsi ilə əlaqədar 20 dekabr 2014-cü il tarixdə gün ərzində Saray, Yeni Biləcəri yaşayış massivlərinin, Keşlə qəsəbəsinin, Böyükşor gölünün ətrafındakı ərazilərin bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Modern.az