Rusiya müxalifətinin nümayəndəsi İlya Yaşin Boris Nemtsovun sabah dəfn olunacağı barədə məlumat verib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə siyasətçi öz sosial şəbəkəsindəki səhifəsində yerləşdirib: “Nemtsovla vida mərasimi sabah Moskva vaxtı ilə 10:00-14:00 saatlarında Saxarov mərkəzində keçiriləcək. Dəfn mərasimi isə 15:30-da Troekurovsk qəbirstanlığında olacaq”.
“RPR-Parnas” Partiyasımım həmsədri, Rusiya baş nazirinin keçmiş birinci müavini Boris Nemtsov fevralın 27-də gecə Moskvada qətlə yetirilib.Modern.az