Modern.az

Texniki-Humanitar liseyin 47 şagirdi xaricdə təhsil alır

Texniki-Humanitar liseyin 47 şagirdi xaricdə təhsil alır

Təhsil

5 Mart 2015, 17:40


Bu gün Təhsil Nazirliyinin xətti ilə Bakı şəhəri Texniki-Humanitar liseyində müəllim və şagird heyəti ilə görüş keçirilib. Modern.az xəbər verir ki, 1024 şagirdin təhsil aldığı liseydə 31 Azərbaycan dilli və 10 rus dilli sinif fəaliyyət göstərir.

Direktor Səidə Zeynalovanın bildirdiyinə görə, keçən il məktəbin məzunlarından 138 nəfəri ali məktəblərə daxil olub: “Onların 37 nəfəri 600-700 ballıq nəticə göstərib. Ümumiyyətlə, hazırda liseyin 47 nəfər şagirdi ABŞ, Almaniya, İngiltərə və Fransada təhsil alır.

Lisey 2008-ci il və 2014 cü ildə ilin ən yaxşı məktəbi adına layiq görülüb. Lisey TQDK-nın builki statistik məlumatlarına görə, 9 və 11-ci siniflərin buraxılış və qəbul imtahanlarının nəticələrinə görə üçüncü yerdə göstərilib.

 

Şahin Qocayev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı