Modern.az

Habil Əliyev xəstəxanadan buraxıldı

Habil Əliyev xəstəxanadan buraxıldı

Təhsil

22 Avqust 2015, 11:37

“Habil müəllimin xahişi ilə onu evə buraxdılar. Hazırda evdədir. Lakin bütün həkim personalı onu evdə nəzarətdə saxlayır. Vəziyyəti stabil olsa da, hələ tam yaxşılaşdığını demək olmaz. Həkimlər hələ ki heç kimi onun yanına buraxmır”.

Bunu Modern.az saytına ağciyər və ürək çatışmazlığından əziyyət çəkən xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib. Bir müddət əvvəl səhhəti yenidən ağırlaşan kaman ustası Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilmişdi. Prezidentin şəxsi nəzarətində olan xalq artistinin müalicəsi üçün Türkiyədən dəvət olunan həkimlərin səyi nəticəsində səhhəti qismən yaxşılaşıb.

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı