Modern.az

Seçicilər Fəzail Ağamalıya təşəkkür etdilər ®

Seçicilər Fəzail Ağamalıya təşəkkür etdilər  ®

Təhsil

25 Oktyabr 2010, 14:15

60 Saylı Salyan – Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalının seçicilərlə görüşü yüksək fəallıqla müşayət olunur. Ötən beş il ərzində bir sıra sosial problemlərinin həllinə öz töhvəsini verən Fəzail Ağamalıya Kürsəngi, Xıdırlı, Yenikənd, Həsənli, Qardili və Şəkərli kənd sakinləri  kəndlərin qazlaşmasında, fasiləsiz elektrik enerjisinin verilməsində,  kəndləri magistralla birləşdirən yolların bərpa olunub asfaltlaşmasında, Xıdırlı kənd məktəbinin əsaslı təmirində, Qardili kəndində yeni məktəb binasının tikilməsində göstərdiyi xidmətə görə təşəkkürlərini  bildirmiş və bir sıra  təklifləri də irəli sürmüşlər.
 
Kürsəngi və Xıdırlı kəndlərinin tam qazlaşdırılması, Xıdırlı kəndinin içməli su ilə təmin olunmasındakı çatışmazlıqların aradan qaldırılması, adları çəkilən kəndlərdə kollektorların və su kanallarının təmizlənməsinin ardıcıllığı, Yenikənd inzibati ərazisində bankomatın quraşdırılması kimi təkliflər üzərində dayanılmışdır. Seçicilər adından çıxış edən kənd ağsaqqalları və ziyalılarıı qarşıdan gələn parlament seçkilərində bir daha Fəzail Ağamalıya səs verəcəklərini önə çəkmişlər. Fəzail Ağamalı xoş sözlərə və ona göstərdikləri etimada görə seçicilərə öz təşəkkürünü bildirmiş, əgər seçilərsə, onların söyldikləri  bütün məsələləri müvafiq icra stukturları qarşısında qaldıracağına və onların həll olunacağına əminliyini ifadə etdi. O, konkret arqumentlərlə ölkə prezidenti, cənab İlham Əliyevin Azərbaycanın iqtisadi və sosial yüksəlişinə yönələn siyasətinin ayrı – ayrı məqamları üzərində dayandı və yüksəliş prosesində Salyan və  Neftçala rayonlarında da qısa zaman kəsiyində mövcud problemlərin aradan qaldırılacağına əminliyini ifadə etdi.
Fəzail Ağamalının seçicilərlə görüşü davam edir.

 

 

 


Fəzail Ağamalının seçki qərargahı  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı