25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Regionların “kiçik padşahları” – icra başçıları – IV
Regionların “kiçik padşahları” – icra başçıları – IV
13.03.2012, 14:54

Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır. Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.

Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi.
Qubadan qovulan sabiq icra başçısı Rauf Həbibov da əslən oradan deyildi, o, 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Qubalılar deyirlər ki, Həbibovun onların problemlərinə can yandırmaması bir yana, təhqirlərə yol verməsinə dözə bilmədilər. Regionlarda yaşayanların 80 faizi belə düşünür ki, icra başçısı o rayonda doğulan, camaat arasından çıxan, əsli-kökü oralı şəxs olmalıdır. Hər halda yerlərdə belə düşünürlər.

Maraqlıdır, Azərbaycanda hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?

Modern.az-ın əməkdaşı Rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa çalışıb. Ötən günlərdə 15 rayonun İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq.

Beləliklə, daha 5 rayonun icra başçısı ilə bağlı təqdimata baxaq.

Xaçmazın naxçıvanlı icra başçısı

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bu bölgədən çox-çox uzaqlarda – Naxçıvanda doğilib. Vaxtilə Naxçıvanda yüksək vəzifə tutmuş qocaman icra başçısı indi ömrünün ahıl vaxtlarını Xazmaza rəhbərlik etməklə keçirir.
Şəmsəddin Hüseyinqulu oğlu Xanbabayev 1 aprel 1939-cu ildə Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib.
1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib.
Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlayıb. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləyib. İki il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olub.
1967-ci ildən Abşeron Rayon Təmir - tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-cı ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini işləyib.
Ş.Xanbabayev 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Baş naziri postunu tutub. 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.
Prezident 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 
Şəmsəddin Xanbabayevin işinə ən yaxşı qiyməti xaçmazlıların özləri verə bilər. Xaçmazda bəzi sakinlər düşünürlər ki, 73 yaşlı icra başçısı bəlkə də çoxdan təqaüdə göndərilməliymiş.

Xocalının icra başçısının yolu türmədən də keçib

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 1992-ci ilin müsibətini yaşayan və soyqırımına məruz qalan şəhərdəndir.
Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. Xocalı kənd orta məktəbini bitirib. 1970-1971-ci illərdə Xocalı tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləyib. 1971-1972- ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub.
1974-1975- ci illərdə Xocalı  2  №- li sovxozda fəhlə işləyib. 1975-1979-cu illərdə  Şuşa şəhər  1 №- li  türmədə böyük  mühasib işləyib. 1979-1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləyib. 1990- cı ildən 1998-ci ilədək  Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində çalışıb. 1998-1999- cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləyib. 1999-2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləyib.
12.05.2000-ci ildən 16.12.2000- ci ilədək «Seyşun» şirkətində icraçı direktor işləyib.
2000-ci il dekabr ayının 21-dən Prezidentin sərəncamı ilə Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.
Şahmar müəlli artıq 12 ildir icra başçısı olaraq fəaliyyət göstərir. Bu kifayət qədər böyük müddətdir ki, xocalılar onun işini iqymətləndirsinlər.

Qarabağ veteranı – icra başçısı

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da yerli kadrdır.
Hüseynov Eyvaz Mövsüm oğlu 15 fevral 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. 1976-cı ildə Xocavənd rayonunun Kuropatkin kənd orta məktəbini bitirib. 1976-1981-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Həmin institutun Elektron hesablayıcı maşınları fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnib. Bakı radio zavodunda mühəndis, Xocavənd rayonu Muğanlı kənd “Səməd Vurğun” adına kolxozda baş mühasib və Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaradıb, həmin dəstənin komandiri olub. Torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanıb.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azrbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse –prezidentidir. Yeni Azərbaycan partiyasının üzvüdür. 
02.07.1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Xızıya sabiq deputat rəhbərlik edir

Xızı rayonu İcra Hakimiyyətinin başçısı bu bölgədən deyil. Vaqif Abdullayev 16.10.1956-cı il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb.
2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alıb. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləyib. II çağırış Milli Məclisin deputatı olub.
02.04.2007-ci il tarixdən Xızı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.
Xızı rayonu İcra Hakimiyyətinin məlumatına görə, hər həftənin çərşənbə axşamı saat 11.00-da icra başçısı vətəndaşlar üçün qəbul günü keçirir. Şikayətçi xızılılar dərd-sərlərini Vaqif Abdullayevə deyə bilirlər ya yox, bunu araşdırmaq lazımdır.

O artıq üçüncü rayona rəhbərlik edir

İmişli rayonunun icra başçısı bu rayondan deyil, neftçalalıdır. Əbülfəz Yusif oğlu Ağayev 1957-ci ildə Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olub. 1980-ci ildə Mоskva Kənd Təsərrüfatı İstеhsalı və Mühəndisləri İnstitutunu, 1990-cı ildə Bakı Sоsial İdarəеtmə və Pоlitоlоgiya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1974-cü ildə Neftçala rayonunun Xolqarabucaq kəndindəki N.Nərimanov adına kolxozda təmirçi-çilingər kimi başlayıb. 1980-ci ildən 151 saylı Neftçala Texniki Peşə məktəbində müəllim, kolxozda və Rayon Aqrar Sənaye Birliyində baş mühəndis, 1984-cü ildən Neftçala rayonu Komsomol komitəsinin birinci katibi, 1987-ci ildən Neftçala rayonu Xalq Deputatları Soveti İcraiyyə komitəsi sədrinin birinci müavini, Aqrar-sənaye birliyinin sədri, 1989-cu ildən Rayon Aqrar Sənaye kombinatının baş direktoru, Rayon İcra Hakimiyyəti başçısının müavini, Kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 1995-ci ildən Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili institutunda baş elmi işçi, 2000-ci ildən Neftçala rayon bələdiyyəsinin sədri, Neftçala rayon İcra Hakimiyyətinin başçısı, 2002-ci ildə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.
30 sentyabr 2004-cü il tarixdən İmişli rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir. 
İmişli Əbülfəz Ağayevin rəhbərlik etdiyi üçüncü rayondur. Buna görə də onun necə icra başçısı olduğunu təkcə imişlililərdən deyil, həm də Neftçala və Sabirabad camaatından da öyrənmək olar. Neftçala və Sabirabad camaatını deyə bilmərik, amma bildiyimizə görə, İmişli sakinlərinin Ə.Ağayevdən bərk narazılığı var.

Ardı olacaq...

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
25.03.2019, 10:03

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etməsini dəstəkləyib
25.03.2019, 09:49

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etməsini dəstəkləyib

Gömrükdən  “Marlboro”  və kürü keçirmək istəyənlərin qarşısı alındı  - FOTO
25.03.2019, 09:44

Gömrükdən  “Marlboro”  və kürü keçirmək istəyənlərin qarşısı alındı  - FOTO

Nəsimidə ikimərtəbəli ev yandı
25.03.2019, 09:37

Nəsimidə ikimərtəbəli ev yandı

Ermənilər cəbhədə təxribatlara davam edir
25.03.2019, 09:32

Ermənilər cəbhədə təxribatlara davam edir

Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu
24.03.2019, 23:40

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü
24.03.2019, 23:23

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

Rusiya Qazaxıstana şans vermədi
24.03.2019, 23:01

Rusiya Qazaxıstana şans vermədi

NATO baş katibi  Gürcüstanda
24.03.2019, 22:44

NATO baş katibi  Gürcüstanda

Goranboyda azyaşlının üstünə qaynar su töküldü
24.03.2019, 22:20

Goranboyda azyaşlının üstünə qaynar su töküldü

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü
24.03.2019, 22:03

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri
24.03.2019, 21:37

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24.03.2019, 21:15

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov
24.03.2019, 21:01

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24.03.2019, 20:46

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO
24.03.2019, 20:34

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO

Bakıda dənizdə batan şəxs xilas edildi
24.03.2019, 20:19

Bakıda dənizdə batan şəxs xilas edildi

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24.03.2019, 20:02

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı

Gözlər yoldan yığılarmı... - XII YAZI   
24.03.2019, 19:47

Gözlər yoldan yığılarmı... - XII YAZI  

Millimizin baş məşqçisi: “Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”   
24.03.2019, 19:31

Millimizin baş məşqçisi:Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”  

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  
24.03.2019, 19:19

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ   
24.03.2019, 19:03

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ  

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi   
24.03.2019, 18:54

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi  

Mir Şahinin 1 yaşlı “Real”ı
24.03.2019, 17:27

Mir Şahinin 1 yaşlı “Real”ı

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər
24.03.2019, 17:25

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir
24.03.2019, 17:09

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019, 17:02

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar
24.03.2019, 16:06

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT
24.03.2019, 15:44

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ
24.03.2019, 15:38

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı
24.03.2019, 15:35

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi
24.03.2019, 15:22

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi

Almaniyalı alim: “Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb”
24.03.2019, 14:47

Almaniyalı alim: Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb

Nazarbayev yenidən prezident ola bilər
24.03.2019, 14:36

Nazarbayev yenidən prezident ola bilər

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib
24.03.2019, 14:30

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."
24.03.2019, 14:19

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var
24.03.2019, 13:47

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq
24.03.2019, 13:20

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq

Çin Pakistana 2,1 milyard dollar kredit verir
24.03.2019, 13:12

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Zakir Həsənov ABŞ-a gedir
24.03.2019, 13:03

Zakir Həsənov ABŞ-a gedir

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 
24.03.2019, 12:10

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24.03.2019, 11:43

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019, 11:29

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı
24.03.2019, 11:04

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı

ABŞ-da atışma: 1 ölü, 3 yaralı
24.03.2019, 10:49

ABŞ-da atışma: 1 ölü, 3 yaralı

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb
24.03.2019, 10:35

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Atəşkəs 23 dəfə pozulub
24.03.2019, 10:14

Atəşkəs 23 dəfə pozulub

ARXİV