31 oktyabr 2014, Cümə
Ərdoğan Ollandla Qarabağı müzakirə etdi
Keçmiş bakılı “KVN”çi narkotiklə tutuldu
Putin və xərçəng xəstəliyi: şayiə, yoxsa reallıq?
Erməni Silahlı Qüvvələri cəbhənin Qazax, Ağdam, Füzuli, Xocavənd, Goranboy rayonları istiqamətində atəşkəsi pozublar
Türkiyədə 24 milyon nəfərin sürücülük vəsiqəsi dəyişəcək
Türkiyənin İsparta vilayətində baş verən yol qəzasında 15 nəfər ölüb, 27 nəfər yaralanıb
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Mədəniyyət Ədəbiyyat Dünya
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
"Park bulvar"da "Ölkələrin paradı" olacaq
Azərbaycan nümayəndə heyəti ABŞ-da seçkiləri müşahidə edəcək
Telefonların qeydiyyatı ödənişli olacaq
Türkiyədə erməni yazıçının adına küçə verilməsinə razılıq verilmədi
Aşura günü Qarabağ şəhidləri də anılacaq
Davudoğlunun erməni baş müşaviri Ərdoğanı tənqid etdi
Nazirlikdən havanın dəyişəcəyi barədə XƏBƏRDARLIQ
Nərgiz Paşayeva Londonda çıxış etdi – FOTOLAR
Azərbaycanda qanunsuz ov edən İraq və Suriya vətəndaşları saxlanılıb
Arif Hacılı: “Müsavat AXCP ilə əməkdaşlıq niyyətindədir”
Metrodakı “sehrli səsin” sahibi məlum oldu - “Qapılar bağlanır, növbəti stansiya…”
Azərbaycan Krasnoyarskdan gələn təyyarəni qəbul etmədi
Aydın Mirzəzadə kəlbəcərli girovun ailəsinə baş çəkdi - FOTOLAR
Vasif Talıbov cəbhə xəttinə getdi – FOTOLAR
Azərbaycanda külli miqdarda vergi ödəməyən sahibkar tutulub
Ermənistan mətbuatı girovlarla bağlı dezinformasiya yaydı
Qardaşı ilə oynamağa çalışan pişik – VİDEO
Sabahın hava PROQNOZU

Xəbərlər arxivi

«

Oktyabr 2014

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
New Page 2
A A A
Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI
 23.02.2013, 11:20

Məmur qardaşlar, məmur qohumlar... Kim kimdir?


Prezident İlham Əliyevin fevralın 12-də keçirilmiş müşavirədə xalqı hakimiyyətdən narazı salan məmurların ünvanına kəskin çıxışının ardınca bir neçə rayon İcra Hakimiyyəti (RİH) başçısı cəzalandırıldı. Dövlət başçısının çıxışından sonra “balaca padşahlar”ın “qara xəbərləri” yayılır. Prezident əvvəlcə kütləvi xalq etirazlarının baş verdiyi İsmayıllı RİH-in başçısını işdən azad etdi. Bunun ardınca isə Şamaxının başçısı vəzifəsini itirdi. İşdən çıxarılan hər iki başçı yüksək vəzifəli şəxslərin qardaşları idi.
Müşahidələr göstərir ki, məhz elə bu qohumluq əlaqələri bəzi rayonlarda İcra Hakimiyyəti başçılarının “əl-qol açmasına” şərait yaradan amillərdən biridir.
Bir sıra hallarda yuxarıda oturan qardaşı, qudası və ya başqa qohumuna arxalanan məmurlar çalıb-çapmaqla məşğuldurlar.

İsmayıllıda kütləvi xalq etirazlarının baş verdiyi vaxt rayonun icra başçısı vəzifəsini tutan Nizami Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı olduğu hamıya məlumdur.

Modern.az saytı bu xəbərdən sonra oxucuların marağını nəzərə alıb, kiçik bir araşdırma apardı. Azərbaycanda hansı məmurlar qohum-qardaşdırlar?

Başlayaq yenicə vəzifələrini itirmiş icra başçısından. Şamaxının sabiq icra başçı Asif Məmmədov “Hacı İqbal” kimi tanınan lerikli deputat  İqbal Məmmədovun qardaşıdır.

İmişlinin yeni təyin olunan icra başçısı Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğludur.  

İddialara görə, Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev fövqəlnazir Kəmaləddin Heydərovun yaxın qohumudur.

Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə rəhbərlik edən Elmar Vəliyev isə ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Vəzifə bölgüsünə nəzər salsaq görərik ki, bir çox deputatların və nazirlərin, komitə sədrlərinin, başqa yüksək vəzifəli şəxslərin, deputatların ən yaxın adamları icra başçısı postunu tuturlar. Belə post tutanlardan biri də Şirvan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Tovuz rayonunun icra başçısı da qardaş hesabına vəzifəyə gələnlərdəndir. Rayonun icra başçısı Tofiq Zeynalov DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşıdır.

Tovuzla qonşu olan Qazax rayonunun icra başçısı Ayaz Əsgərov Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdır.

Göyçayın icra başçısı Mənsur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğludur. Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə Milli Məclis deputatıdır.

Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.

Paytaxtın Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun yeznəsidir-bacısının əridir.
YAP-çı deputat Mübariz Qurbanlının qardaşı Tariyel Qurbanov Hacıqabul rayonun prokurorudur.

Prezident Administrasiyasının şöbə müdiri, general Məhərrəm Əliyevin qardaşı Adil Əliyev isə Milli Məclisin deputatıdır.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov da Milli Məclisdə deputatdır. 

Abşeronun icra başçısı Zakir Fərəcov deputat Nazim Fərəcovun qardaşıdır.

Salyan rayonunun sabiq icra Rasim Bəşirov Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun qardaşıdır.

Samux rayonunun icra başçısı Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır.

İddialara görə, bir çox rayonların icra başçıları birbaşa fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun, general Bəylər Əyyubovun və digər yüksək vəzifəli şəxslərin himayə etdiyi məmurlardır.

Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun qardaşı Ramiz Həsənov vaxtilə Sumqayıt icra başçısının müavini vəzifəsində çalışırıb. Hazırda isə o, Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır.

“Azəriqaz” Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Əlixan Məlikovun qardaşı Fəxrəddin Məlikov Kürdəmir rayonunun sabiq icra başçısı vəzifəsini tuturdu. Onların hər ikisi artıq sabiq məmurlar siyahısına daxildirlər.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev Sumqayıt şəhər, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qardaşı Qəzənfər Həsənov Sabunçu rayon icra hakimiyyətlərində müavin vəzifəsində çalışırlar.

Siyahını hələ uzatmaq olar. Elə sadaladığımız misallar da bəs edir ki, hakimiyyətdə təmsil olunanlar arasında bir-biri ilə qohumluq əlaqəsində olan məmurların həddindən artıq çox olduğunu deyəsən.

Davam edək...

Salyan Polis İdarəsinin rəisi Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib. Fuad Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. DİN Pasport İdarəsinin rəisi Arzuman Əliyev də nazirin qohumudur.

Yeri gəlmişkən, nazir Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova “Tərəqqi Texniki Humanitar liseyi”nin (66 nömrəli orta məktəb) direktorudur.

Təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanov polis sistemində vəzifə tutan yüksək rütbəli zabitdir. 

Bu günlərdə isə keçmiş deputat, hazırda Daşkəsən rayonunun icra hakimiyyətinin başçısı olan Əhəd Abıyevin iki qohumuna da vəzifə verilib. Belə ki, Əhəd Abıyevin qardaşı Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi təyin olunub. Digər qardaşının oğlu Heydər Abıyev isə Milli Təhlükəsizlik Nazirliyinin Quba rayon şöbəsinə rəis təyin edilib.

Simulyasiya Mərkəzinin rəis müavini Vüqar Əbiyev Səfər Əbiyevin qardaşı oğludur. Mərkəzi Hospital aptekinin rəis müavini Səfər Əbiyevin oğlunun qaynıdır. Nəsimi rayon hərbi komissarı, Binəqədi rayon hərbi komissar əvəzi Səfər Əbiyevin yaxın və ya uzaq qohumlarıdır.
Sabunçu rayon hərbi komissarı isə Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi Rauf Kişiyevin qaynıdır.

Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar şöbəsinin rəis müavini vəzifəsini tutur.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini Namiq Quliyevin Fazil Məmmədovun bacısının həyat yoldaşı olması da hamıya məlumdur.

Sumqayıt şəhərin icra strukturlarında qohumluq əlaqələri olan məmurlar da çoxdur. Mənzil Kommunal Təsərrüfatı İstehsal İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovla Küçə İşıqları İdarəsinin rəisi Əhməd Məmmədov arasındadır. Belə ki, Əhməd Məmmədov keçmiş icra başçısının qardaşı oğludur.
Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədovun isə quda olduğu bildirilir.

Baş prokurorun əmri ilə ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin edilən Fəxri Ələsgərov Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qardaşıdır. Onlar Milli Məclisin sabiq deputatı, mərhum Murtuz Ələsgərovun oğlanlarıdırlar.

Parlamentin deputatı Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı  Azərbaycan İpoteka Fondunun icraçı direktorudur.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də Milli Məclisin deputatıdır.

Azərbaycanın ən nüfuzlu məmurlarından olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov artıq 18 ildir Milli Məclisdə deputatdır.

Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun qardaşı Oqtay Şahbazov hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasında  rəhbər vəzifə tutur. O.Şahbazov Prezidentin işlər idarəsində işlər müdirinin birinci müavini postunda çalışır. Elə Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu da Oqtay Şahbazov həyata keçirir.

Ağsunun icra başçısı Ənvər Seyidəliyevin Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun dayısı olduğu bildirilir.

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəsi Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Abşeron rayon prokurorunun köməkçisi Bəhlul Yaqubov Azərbaycan Aşıqlar Birliyini Zəlimxan Yaqubun oğludur. 

Oxucuların istəyini nəzərə alaraq mövzu ilə bağlı silsilə yazılarımızı davam etdirəcəyik.

Modern.az saytında növbəti yazımız məmur övladları barədə olacaq...

Gültəkin ƏLƏSGƏR

 
Oxunub: 13909
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
Abdulla Abdullayev
23-02-2013
Qohum olmaq cinayət deyil, lakin bu qohumluqdan sui-istifadə edərək "burda mənəm, Bağdadda da kor Xəlifə" prinsipi ilə işləyərək insanlara zülm etmək, heç kimdən cəkinməmək və qanun qarşısında cavab verməkdən yayınmaq, haqqı nahaqqı ayıra bilməmək insanların taleyinə qəlınc vurmaq, ədalətsizlik etmək cinayətdir.


Ayxan
23-02-2013
Elixan Melikovun qardasi, Kurdemir RIH-in sabiq bascisi nece il Kurdemiri talayandan sonra indi de Bineqedi RIH muavini vezifesinde berqerar olub.


Nahid Usubov
23-02-2013
Eladir. Tesekkurler.


Azerbaycanli
23-02-2013
Dehshet!!!Men ali tehsilliyem.zülmli bir heyat yasayiram.Sebeb men insanin layiq olmadiqi ölkede yasayiram!


Dağlaroğlu
23-02-2013
Sumqayıt şəhər Qaz İstisimarı isahəsinin rəisi Malik Azərsu səhmdar cəmiyyətinin sədri Qorxmaz müəllimin yaxın qohumudur. Özü də möhkəm "vuraqndı"...


Zeynal
24-02-2013
DAQLAR oqluatan sumqayitda iwdemir senin??nese taniw geldi


Nadir
24-02-2013
BDYPI reisi Ramiz Zeynalovun yaninda 40 kimi qohumu isleyir.Bir qardasi ise 5 nomreli xestexanin bas hekimidir!Goresen niye?


Nadir
24-02-2013
Tovuz r-n Icra hakimiyetinin bascisi Tofik Zeynalov Ayaz Mutelibovun kadiridir.Bu qardaslar her cebheye isleyirler.


Ferhad
25-02-2013
Əslində hakimiyyətdə olanların bir-biri ilə qohum olduqları bilinməyən bir şey deyil. Bu hamıya məlum olan məsələlərdir. Məlum olmayan onların halal yolla əldə edib yiyələndikləridir. Gültəkin xanım bu halal qazanc əldə edən zümrələrin naməlum varidatları haqqında da araşdırma aparıb ictimaiyyətə məlumat versəniz heç də eyib olmaz.


Naxcivanli
25-02-2013
salam ozka vaxt deyirsiz Naxcivanlilar vazifadadi Saydiqlarinzdan 2---4 Naxcivanli vardir Modern Tashakurlar


aliyeva aygun
28-02-2013
bu qederini de gozlemirdim.FERHADIN yazisi da meni tesirlendirdi.GULTEKIN xanim size ugurlar.


Ayxan
02-03-2013
Azeriqazin sabiq sedri Elixan Melikovun qardasi- Kurdemir RIH-in kecmis bascisi, hazirda Bineqedi RIH-de isleyen faxreddin Melikovdan bir sorusan olacaqmi ki, Ismayillinin Avaxli kendinin girisindeki qesre oxsayan villani, Kurdemirdeki yuzlerle hektar uzumlukleri, Bakida ABS sefirliyinin yaxinligindaki novostroykadaki (ATS 39-la uzbeuz) bir nece mertebedeki butov menzilleri, hemin binanin altindaki obyektleri, Hyatt Recens otelinin qarsisindaki bahali binadaki menzilleri, Novxanidaki ve Abseronun diger bir nece kendlerindeki bir nece bitisik baglardaki villalari ve s. ve s. siyahi uzundur hansi pullarla alib?


ramin
07-03-2014
görəsən inşallah bizə də çatar bu vəzifələr?neynəyək vaxtında evləndik tapıb ala bilmədik qohumu yekelərdən olanlardan






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 




 
Son xəbərlər
31.10.2014, 18:02
 Ərdoğan Ollandla Qarabağı müzakirə etdi
31.10.2014, 17:55
 "Park bulvar"da "Ölkələrin paradı" olacaq
31.10.2014, 17:41
 Azərbaycan nümayəndə heyəti ABŞ-da seçkiləri müşahidə edəcək
31.10.2014, 17:33
 Telefonların qeydiyyatı ödənişli olacaq
31.10.2014, 17:22
 Türkiyədə erməni yazıçının adına küçə verilməsinə razılıq verilmədi
31.10.2014, 17:06
 Aşura günü Qarabağ şəhidləri də anılacaq
31.10.2014, 16:56
 Nəzir qutularına yığılan pullar - Qafqaz Müsəlmanları İdarəsi onların hara xərcləndiyini AÇIQLADI
31.10.2014, 16:27
 Davudoğlunun erməni baş müşaviri Ərdoğanı tənqid etdi
31.10.2014, 16:13
 Nazirlikdən havanın dəyişəcəyi barədə XƏBƏRDARLIQ
31.10.2014, 16:07
 Nərgiz Paşayeva Londonda çıxış etdi – FOTOLAR
31.10.2014, 16:04
 Türkiyədə müalicəsi başa çatan hərbçimiz sabah Bakıya qayıdır - ÖZƏL
31.10.2014, 15:41
 Azərbaycanda qanunsuz ov edən İraq və Suriya vətəndaşları saxlanılıb
31.10.2014, 15:38
 Arif Hacılı: “Müsavat AXCP ilə əməkdaşlıq niyyətindədir”
31.10.2014, 15:34
 Keçmiş bakılı “KVN”çi narkotiklə tutuldu
31.10.2014, 15:30
 Metrodakı “sehrli səsin” sahibi məlum oldu - “Qapılar bağlanır, növbəti stansiya…”
31.10.2014, 15:20
 Azərbaycan Krasnoyarskdan gələn təyyarəni qəbul etmədi
31.10.2014, 15:12
 Aydın Mirzəzadə kəlbəcərli girovun ailəsinə baş çəkdi - FOTOLAR
31.10.2014, 15:03
 Vasif Talıbov cəbhə xəttinə getdi – FOTOLAR
31.10.2014, 14:41
 Azərbaycanda külli miqdarda vergi ödəməyən sahibkar tutulub
31.10.2014, 14:36
 Ermənistan mətbuatı girovlarla bağlı dezinformasiya yaydı
31.10.2014, 14:32
 Eks-dövlət müşavirindən sensasion AÇIQLAMA: “Parisdə Azərbaycanın təklifləri qəbul edilib”
31.10.2014, 14:27
 Qardaşı ilə oynamağa çalışan pişik – VİDEO
31.10.2014, 14:23
 Sabahın hava PROQNOZU
31.10.2014, 14:08
 Futbol klubunun özünün qəbiristanlığı olacaq
31.10.2014, 13:50
 Sumqayıt hadisələrinin qeyri-rəsmi lideri - Oqtay Eldəgəzdən danışacaqlar
31.10.2014, 13:20
 Vaqif Səmədoğlunun ölüm monoloqunda eşq simfoniyası
31.10.2014, 13:12
 Mübariz Mənsimovun "Xəzər Lənkəran"lı futbolçuları danlamağı...
31.10.2014, 13:03
 Azərbaycanda quş qripi aşkarlanmayıb
31.10.2014, 12:57
 Deputatdan SSRİ-nin eks baş nazirinə ETİRAZ: “O hələ SSRİ-də qalıb”
31.10.2014, 12:54
 Zaur Hüseynov Bakıda yeni metro stansiyalarının harda tikiləcəyini AÇIQLADI
31.10.2014, 12:52
 Deputat bələdiyyələrin nüfuzunun aşağı olmasının səbəblərindən DANIŞDI
31.10.2014, 12:45
 Ədliyyə Nazirliyi rəsmisi: “Bələdiyyə seçkiləri gərgin olacaq”
31.10.2014, 12:38
 İsrailin Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzi açılır
31.10.2014, 12:34
 “Qadınlar bələdiyyə sədri vəzifəsinin öhdəsindən gələ bilmir”
31.10.2014, 12:31
 Bağlanmaq təhlükəsi olan banklar AÇIQLAMA verdilər
31.10.2014, 12:22
 Rusiya və Ukrayna qaz məsələsindıə razılığa gəldilər
31.10.2014, 12:22
 USAİD Azərbaycanda qadınların liderlik potensialına qətiyyətlə inanır
31.10.2014, 12:20
  İsrail İsveçdəki səfirini geri çağırıb
31.10.2014, 12:16
 Nazir vətəndaş şikayətlərilə bağlı tapşırıq verdi
31.10.2014, 12:08
 Putin və xərçəng xəstəliyi: şayiə, yoxsa reallıq?
Müəlliflər
Mahir Qabiloğlu

 Akademiyalar - Nə Hacıbəyovlar doğulur, nə Şıxlinskilər…
Vəfa Allahverdiyeva

 Vaqif Səmədoğlunun ölüm monoloqunda eşq simfoniyası
Leyla Əliyeva

 Kor olmuşam - Leyla Əliyeva
Mülatif Adurov

 Mübariz Mənsimovun "Xəzər Lənkəran"lı futbolçuları danlamağı...
Nüşabə Hüseynli

 Qız bişirənlər, qırmızıdodaq nənələr və ya özünü axırıncı yola qoyanlar ...
Qafar Çaxmaqlı

 Mahcupyanın ilk məsləhəti: “Soyqırım"ı etiraf etmə sırası Türklərdədir''
Akif Aşırlı

 «Şərq» 18 yaşında - FOTOLAR
Laçın Səmla

 İmkan verin həyatımızı yaşayaq
Buludxan Xəlilov

 Azərbaycanda orfoqrafiya məsələsi - bunları bilmək vacibdir...
Cəlaləddin Qasımov

 Sirlərini bizdən gizlədən dağın daşlaşmış yaddaşı…
Əkrəm Bəydəmirli

 Çəkilən filmlər niyə zəifdir?..
Vüqar Tofiqli

 “Qaraçava”, Kötəl”, “Qobu” , “Zoğalat” və “Çay bağça”...
Yolruh Atalı

 İkiüzlü
Hikmət Babaoğlu

 ABŞ-ın siyasi realizmi, yaxud neoimperializmin ekspansiya siyasəti
Fazil Mustafa

 Qarabağ: konsepsiyadan konservə doğru

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2014 modern.az. All rights reserved. Powered by NextPoint LLC