“Bir təşəbbüs həyata keçirdik, nəticədə bir qəsəbə inkişaf etməyə başladı. Həmin layihədən sonra daha intensiv işlədik, təcrübəmiz artdı. İndi bir milyon dollarlıq büdcəmiz var”. Adi QHT rəhbərinin bu sözlərinə təəccüblənməmək olmur. Baxmayaraq ki, haqqında danışdığımız təşkilat ABŞ-ın Kentukki ştatında fəaliyyətdədir, yenə də sədrin dedikləri qəribə görünür.
“Vision” Alyansının rəhbəri Bill Şeyer azərbaycanlı jurnalistlərə deyir ki, onlar qəsəbənin girişindəki bölgədə işləyəcək qurumlar üçün vergilərin aşağı salınmasına nail olublar. Dərhal buradakı yolayrıcında yeni ticarət mərkəzləri tikilib, qonşu bölgələrdən də insanlar bura alış-verişə axışandan sonra qəsəbənin sakinləri əməlli-başlı yaxşı yaşamağa başlayıb. Cəmi 3 nəfər işçisi olan bir qurumun belə layihəni reallaşdıra bilməsi inandırıcı görünmür. Sədr aydınlıq gətirir - əhali arasında işi könüllülərin köməyilə aparıblar. Kağız-kuğuz işlərinə isə 3 nəfər bəs edib.
Əslində, amerikanlar üçün “kağız məsələsi” demək olar qalmayıb, artıq neçə illərdir ki, hər iş online şəkildə internet üzərindən həyata keçirilir. Görüşlər skype-la keçirilir, qərarlar sosial şəbəkələrdəki çatlaşmalarda verilir, imzalar da mobil formatda atılır. Layihələrin hesabatları da sözsüz ki, birbaşa internetdə yoxlanılır, hansısa uyğunsuzluq olanda sistem özü məlumat yiyəsinə xəbərdarlıq göndərir.
Hərəyə bir kabinet
Azərbaycanda da elektron xidmətlər cəmiyyətin hər sahəsinə sirayət etməyə başlayıb. İstər hökumət, istər özəl - fərq etməz, bir çox yerdə vətəndaşların işi asanlaşıb. Amma bu inkişaf QHT sektorunun fəaliyyətində özünü o qədər də çox büruzə vermir. Son vaxtlaradək ümumiyyətlə, heç vətəndaş cəmiyyətin özünə də birmənalı yanaşma yox idi. Əvvəllər QHT-lərə əsasən “özünə təşkilat yaradıb, qrant alıb kef edəcək” məntiqi ilə yanaşılırdı. Son illər məsələyə baxış bir qədər dəyişib. Səbəbləri isə müxtəlifdir - həm QHT-lərin özlərinin fəallığı yüksəlib, həm də dövlət tərəfindən bu sektora diqqət artırılıb. Dövlət QHT-lərin təşəbbüslərini maliyyələşdirməklə yanaşı, eyni zamanda verilən pulların xərclənməsinə nəzarəti də gücləndirib. Elektron xidmətlərin sayəsində bu proses daha da asanlaşdırılıb.
Bu günlərdə isə elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı xüsusi fərman imzalanıb. Artıq Ədliyyə Nazirliyində hər bir QHT-lər üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılacaq. Bu sistem imkan verəcək ki, QHT-lər nazirliyə ayaq döyməsin, bütün zəruri məlumat mübadiləsini elektron formada aparsın. Belə kabinetlərdə QHT-lərin fəaliyyəti ilə bağlı məlumatlar, müraciətlər, arayış və hesabatların elektron formada qəbul olunacaq və cavablandırılacaq.
Resursa və vaxta qənaət
“Dövlət QHT-lərlə bağlı bu mexanizmi sadələşdirməklə bu münasibətləri də elektron hökumətin tələblərinə uyğun qurmağa çalışır”. Konstitusiya Araşdırmaları Fondunun eksperti Zaur İbrahimli bu fikirdədir. Onun sözlərinə görə, yeni təşəbbüs elektron hökumət sahəsində görülən işlərin məntiqi davamı olaraq qəbul olunmalıdır: “Sahibkarlıq subyektləri üçün bir pəncərə sistemi tətbiq olundu, sonra gömrükdə mexanizm sadələşdirildi. Asan Xidmət mərkəzləri yaradıldı. Növbə QHT-lərin idi”.
Ekspert xatırladır ki, bundan əvvəl Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası layihələrin elektron qəbulunu tətbiq etdi. Daha sonra maliyyə hesabatları online qəbul olunmağa başladı. Bu da təşkilatların həm vaxtına, həm də resurslarına xeyli qənaət olunması ilə nəticələndi. Z.İbrahimli hesab edir ki, gələcəkdə QHT-lərin Sosial Müdafiə Fonduna təqdim etdiyi hesabatların da online rejimə keçirilməsinə ehtiyac var: “Belə olanda hesabatda hansısa nöqsan olduğunu dərhal bilirsən, bir neçə dəfə get-gəl etməli olmursan. Bu sistem həm də şəffaflıq baxımından önəmlidir. Çünki belə təşəbbüs gələcəkdə bu sahədə şəxsi kontaktları, subyektiv amilləri minimuma endirəcək”. Ekspert arzulayır ki, yaradılacaq sistem texniki cəhətdən mükəmməl hazırlansın və digər sahələrdə elektron xidmətlərdə rast gəlinən ənənəvi səhvlər təkrarlanmasın.
Qeydiyyat da online olsun...
Lakin QHT-lərə münasibətə hələ də yüngülləşdirilməsinə ehtiyac olan məsələlər qalır. Məsələn, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov QHT-lərin qeydiyyatı ilə bağlı problemlərin mövcudluğundan şikayətlənir: “Özü də son vaxtlar xüsusilə gənclər təşkilatlarından bu məsələ bağlı şikayətlər alırıq. Bəzən gənclər təşkilatlarının qeydiyyatı zamanı elə sənədlər tələb olunur ki, bunlara heç bir halda ehtiyac ola bilməz. Azərbaycanda artıq bütün istiqamətlər üzrə sənədləşmə işləri asanlaşdırılır, elektron formata keçirilir. Belə bir zamanda qeydiyyatla bağlı şikayətlərin qalması müasir dövrə uyğun deyil”.
Vətəndaş cəmiyyətini demokratiyanın dayağı sayırlar. Belə görünür, Azərbaycanda bu dayağın torpağa daha bərk oturması üçün çox işlər görülsə də, gözləntilər də az deyil. Bir sözlə, QHT-lərin tamamilə offline rejimdən çıxması zamanı çoxdan çatıb.
F.Sabirqızı
Dələduzluq maddəsi ilə 3 ildir axtarışda olan şəxs tutuldu
Bakıda silahlı şəxs saxlanıldı
DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR
Alimsayağı sual
Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb
Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı
Astarada 5 uşaq atası intihar etdi
Yol polisi avtobus sürücüsün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ
Dünəndən bu günə Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb
“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev
Əbülfəs Qarayev Koventri Universitetində mühazirə dedi
Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif edildi
Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi
Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək
Hava xəbərdarlığı - Bakıya sulu qar yağacaq, güclü külək əsəcək
Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”
İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır
İraq İrana neft ixracatını dayandırıb
Gimnastımız Dünya Kubokunun finalına çıxdı
ATƏT-in baş katibi Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı
İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
Vida günü deyə bilmədiklərim...
Baş redaktora ağır itki üz verdi
Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
Axtarışda olan 29 nəfər saxlanıldı
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
Baytarlıq Xidməti xəstəliklərə görə toplandı
Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu
Azərbaycan çaylarında son durum...
Tramp Türkiyəyə yeni səfir təyin etdi
Dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
Silahlı hücumda 66 nəfər öldürüldü
Paytaxt sakini mənzilində yanaraq öldü
Azərbaycan nefti bahalaşıb
Bakıda gənc qız itkin düşdü
Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR
Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab
Daha 17 uşaq qızılcaya tutuldu
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO
Şamaxıda yenidən vulkan püskürdü
Özünü asan qızı polislər xilas etdi
Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi
Şərh yaz