22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - FOTOSÖHBƏT - Jurnalist Xoşqədəm Hidayətqızı ilə FOTOSÖHBƏT
Jurnalist Xoşqədəm Hidayətqızı ilə FOTOSÖHBƏT
13.08.2015, 13:25

Tanınmış jurnalist Xoşqədəm Hidayət qızı Baxşəliyeva 13 yanvar tarixində keçmiş Ağdərə rayonunun Narışlar kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə daxil olub. Elə həmin vaxtlardan da jurnalistikaya meyl göstərib. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirib. 1995-ci ildə bu universitetdə təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci təhsil alıb.
Ciddi jurnalistlik fəaliyyətitnə başlayan X.Baxşəliyeva ilk uğurlarına 1997-98-ci illərdə nail olub. 1998-ci ildə «Üç nöqtə» qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet «Yeni nəsil» Jurnalistlər Birliyi tərəfindən «İlin debutantı» mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: «İlin jurnalisti», «Peşəkar jurnalist», Vətənpərvər jurnalist», «Mübariz qəzetçi» və s. O, «Media-2005» seçki blokunun təşəbbüskarlarından və ən fəal üzvlərindən biri olub.
2004-cü ilin fevralında Dünya Azərbaycanlılarının Köln Konqresində qurumun fəxri üzvü seçilib. 2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif olunub.
ATV telekanalında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısıdır.
Zaur adlı bir oğlu var.    

***
13 yanvar Xoşqədəm Hidayətqıznın ad günü olduğu üçün Modern.az saytının fəaliyyətə başladığı ilk gündə yayımlanan bu fotosöhbəti təkrar diqqətinizə çatdırırıq...

Doğulduğum Narışlar kəndi. Böyük qardaşımın qucagındayam. İndi nə Narışlar var, nə də o qardaşlarım…

Naxçıvan Dövlət Universitetində oxuyarkən: Otaq yoldaşım Leyli. O illərin ən unudulmaz xatirəsidir, bu şəkil.

Hər il yay tətilimi qardaşımın yanında, Sankt-Peterburqda keçirirdim.

Tələbə yoldaşlarımla. Artıq Naxçıvana "əlvida" deyib təhsilimi Bakıda davam etdirirəm.

 

Milli Məclisin  spikeri Murtuz Ələsgərov 8 Martda parlamentə akkreditə olunan xanım jurnalistləri təbrik etdi. Sonra da xatirə şəkli çəkilir…1998-ci il.

 

Mətbuatın qaynar dönəmi, "Ekspress"də qəzetində çalışıram. MM-in foyesində Mirmahmud Mirəlioglundan müxalifət-iqtidar münasibətlərilə bağlı müsahibə alırıq. 1998-ci il. 

 

O zaman “Vətəndaş Həmrəyliyi” qəzetində çalışırdim. Bəxtiyar Vahabzadə ilə ilk tanışlığım Milli Məclisin foyesində baş tutdu.1997-ci il.

 

“Gülüstan” sarayı. Türkiyə səfirliyinin təşkil etdiyi Cümhuriyyət bayramı törənində. 1997-ci il. "Ekspress"də çalışırdım.

 

Türkiyə Böyük Millət Məclisi. Hikmət Çətinlə müsahibədən sonra xatirə şəkili çəkdirdik. 1998-ci il.

 

Mərhum Ecevitin iş otağında, müsahibədən sonra. 1998-ci il.

 

 

Artıq “Üç nöqtə” fəaliyyətə başlayıb. Zaurumu “Üç nöqtə” ilə birgə böyüdürəm. 1999-cu il.  


Xarici ölkələrə baş redaktor kimi səfərlərim başlayır. İllərlə həsrətini çəkdiyimiz Arazın o tayında - Cənubi Azərbaycanda. Buradan İraqa gedirəm. 1999-cu il.

 

İraqda Məhəmməd Füzulinin qəbrini ziyarət edərkən. 1999-cu il.  

 

 

Abdulla Öcalanın məhkəməsini izləmək üçün Mudaniyadayam. Mətbuat Mərkəzində rusiyalı həmkarlarımla xatirə şəkili çəkdiririk. 1999-cu il. 

 

 

Quzey Kıprıs Türk Cümhuriyyətinin lideri Rauf Denktaşın qonağıyıq. 1999-cu il.

 

İstanbul Sammiti zamanı mərhum Prezident Heydər Əliyevlə görüşə bildim. 1999-cu il.

 

Sammitdə o illərdə Azərbaycan Neft Şirkətinin vitse-prezidenti İlham Əliyevdən müsahibə götürdüm və sonra da xatirə şəkili çəkdirdik. 1999-cu il.

 

Press klub. Mətbuatın və siyasətin qaynar dönəmi. “Azadlıq” qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli də o zaman bizim sıralarımızda idi... 2000-ci il.

 

Bakı Hava Limanı. Elcibəyin cənazəsini gözləyirik. 2000-ci il.

 

“Üç nöqtə”nin kollektivi paytaxtımızın yaşıllaşdırılmasında da fəaldır. 2004-cü il. 

 

Səddam Hüseynin müavini Təha Yasin Ramazanı çətinliklə müsahibəyə razı sala bildim. Bir neçə aydan sonra isə müharibə başladı. 

 

Dünya şöhrətli siyasətçi Şevardnadzenin evində. 2004-cü il. 

 

O zaman Abdullah Gül xarici işlər naziri idi. 2004-cü il. 

 

Bu da əməyimə verilən qiymət. Cənab Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edildim. 2005-ci il.  

 

Türkiyənin Baş naziri Rəceə Tayyib Ərdoğandan böyük çətinliklə görüş ala bildim. Onun Almaniyaya rəsmi səfərə yola düşməsinə cəmi 3 saat qalmışdı. Amma yenə də bacardım... 2005-ci il.

 

ABŞ-da səfərdəyəm. O zamankı səfirimiz Hafiz Paşayevin görüşünə getdim... 2001-ci il. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
ETIBAR. S
02.09.2009, 03:36

Eşq olsun Xoşqədəm xanım!

Oxatan
02.09.2009, 05:27

Maraqli yoldu.

Uğur
26.09.2009, 10:26

Maşallah, Xoşqədəm xanım bütün məşhur adamlarla şəkil çəkdirib

TOĞRUL
28.09.2009, 08:20

ALMANİYA MƏN XOŞQƏDƏM XANIMI VƏTƏNPƏRVƏR ŞƏXS KİMİ TANIYIRAM. ALMANİYADA KEÇİRİLƏN BİR TƏDBİRDƏ BUNUN ŞAHİDİ OLMUŞAM. O, ƏSL VƏTƏNDAŞDIR...

TUNCAY
28.09.2009, 08:24

Sizə uğurlar. Böyük gələcəyinizə inanıram.

Zöhrab
30.09.2009, 11:39

Ay Uğur! Şekil çekdirmek asandır, baxır şekili çekdirəcəyin şəxs səni nə qədər ciddi qəbul edib yaxına buraxacaq.

Mark
30.09.2009, 11:54

Belə vətənpərvər xanımın media aləmində və ictimaiyyətdə özünə layiqli yer tutması çox məntiqə uyğun idi. Xoşqədən xanımla birgə İraqda səfərdə olan mənim dostum hələ də onun Səddam Hüseynin müavini Taha Yasin Ramazan və İraqın digər dövlət rəsmilərindən çox çətinliklə aldığı müsahibələrdən danışır. Azərbaycanın belə jurnalistlərinə eşq olsun.

Bəxtiyar
07.10.2009, 02:30

Halal olsun! Gənc qız, qısa ömür tarixinə bütün bunları necə yerləşdirmisən?! Ən çox xoşuma yetən şəkil -"Zaurumu “Üç nöqtə” ilə birgə böyüdürəm."-dir. Təbrik edirəm və öpürəm. Qədəmlərin daim xoş olsun!!!!!!!

seva
18.04.2010, 22:39

ananin sudu sene halal olsun

S.....
07.07.2010, 02:58

Dogurdan da Halal olsun ! her ugurunu oxuya oxuya fexr eledim!!! Allah Bundan da boyuk ish ve aile ugurlari nesib etsin...

Elcin
25.07.2010, 08:22

Bu qeder q;ssa vaxt doneminde bu qeder boyuk isler gormeyiniz bizi sevindirir.Adinizin daha yuksek mertebelerdeb gelmesi arzusu ile...

Elçin
25.07.2010, 08:28

Eşq olsun!Sizin adınızın daha yuksek mertebelerden gelmesi arzusu ile...

Əsgərova S.
20.09.2010, 09:14

Mən bu xanımın sənətinin vurğunuyam deyərdim... Öz işini çox peşəkarca yerinə yetirir..Həyatı haqqında bu günki gündə öz zəhməti ilə necə yüksəlibsə məlumatım var,çox istərdim bu xanımla üz-üzə oturub söbətləşmək adıcə o telviziyada danışarkən insan mariflənir.Xoşqədəm xanım kimi insanlar Azərbaycanda azdır.Sizə işinizdə həmişə uğurlar.

Elfira Qəhrəmanova
27.10.2010, 16:09

XOŞQEDEM XANİM,MƏN SİZƏ ƏHSƏN DEYİRƏM.SİZ AZƏRBAYCANIN SONMƏYƏN VULKANISINIZ."SƏN TƏK DEYİLSƏN"VERİLİŞİ NECE ÇARPIŞMALARLA BAŞA GƏLİR,BİZ GÖRÜRÜK.AĞRI-ACIYLA ,CƏTİNLİKLƏR BAHASINA OLSA DA SİZ BU VERİLİŞİ MİLYONLARİN QARŞISİNA ŞIXARIRSINIZ.ÇƏKİNMƏDƏN,MƏTANƏTLƏ,ƏZMLƏ.HALAL OLSUN SİZƏ,ƏSL AZƏRİ QIZI XOŞQƏDƏM XANIM!

Ali
05.01.2011, 05:27

Əvvəla salamaleykum xoş gördük.Yalniz bir söz deyə bilərəm...... Sizin qəlbinizdəki olan bu tükənməz,çağlayan eşq ki,var İnsanlığa,dürüslüyə,səmimiliyə......yönəlib bu yalnız mövlanə Fizulinin pak eşqinin bariz nümunəsidirki bu gün çoxsaylı tamaşaçıların qəlbində bir ad var "SƏN TƏK DEYİLSƏN" .......HEYRƏT EY, BÜT, SURƏTİN GÖRDÜKDƏ LAL EYLƏYƏR MƏNİ .......SURƏTİ-HALIN GÖRƏN, SURƏT XƏYAL EYLƏR SƏNİ.

Namazova Şükufə Kamran qızı
22.06.2011, 05:47

Xoşqədəm xanım sizin gördüyünüz bütün insan pərvərlik işlərinizə əhsən deyirəm. Mən də sizin kimi öz doğma yurdumdan Ağdam rayonu Qalayçılar kəndindən didərgin düşüb Mingəçevir şəhərində məskunlaşmışam. Sizə bu məktubu yazmaqda məqsədim Əmimin oğlanlarını tapmaqdır. 1941-1945-ci illərdə Ərəbov Fərman Əsəd oğlu Bakıda neft daşlarında işləmiş və orada Nəğmiyə adlı bir qadınla ailə həyatı qurmuşdur. Ondan Ulduz Bayramov adlı bir oğlu olmuşdur. Onlar Bakıda Qaraçuxurda yaşamışlar.1941-1945-ci il müharibəsindən sonra O Ağdam rayonun Qalayçılar kəndinə Anasının yanına gəlmiş və bir daha Bakıya dönməmişdir.Anasının Xahişi ilə burada evlənmişdir . Bu qadından onun iki oğlu və üç qızı olmuşdur. Onun balaca oğlu Ərəbov Əlövsət 1983-cü il may ayının 30-da Bakıda itkin düşmüşdür. Necə illər axradığımıza baxmayaraq ondan heç bir xəbər yoxdur. Onuda deyimki Əlövsət həddindən çox savadlı idi əvvəlcə sizə öz minnətdarlığımı bildirirəm.Deyilənə görə, Ulduz Bayramov hal-hazırda Bakıda yaşayır. Onu deyimki, siz mənim bacımın qrup yoldaşı Sərfinazın şagirdi və qohumusuz. Bacım və Mən Müləlimlər İnstitunun Mingəçevir filialında müəllimə işləyiriqş Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi
22.11.2017, 15:13

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR
22.11.2017, 15:07

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov
22.11.2017, 15:03

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov

Deputat səfirliklərin problemini qaldırdı   
22.11.2017, 14:56

Deputat səfirliklərin problemini qaldırdı  

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ
22.11.2017, 14:52

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ
22.11.2017, 14:46

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR
22.11.2017, 14:39

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  
22.11.2017, 14:39

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  

 Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”
22.11.2017, 14:33

Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı
22.11.2017, 14:29

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı
22.11.2017, 14:22

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir   
22.11.2017, 14:08

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir  

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”
22.11.2017, 13:57

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”

Komitə sədri Baş nazirə müraciət etdi
22.11.2017, 13:55

Komitə sədri Baş nazirə müraciət etdi

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”    
22.11.2017, 13:52

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”  

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ
22.11.2017, 13:38

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir
22.11.2017, 13:37

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Qarabağda minaya düşən erməni əsgər  ağır vəziyyətdədir
22.11.2017, 13:35

Qarabağda minaya düşən erməni əsgər  ağır vəziyyətdədir

Daha bir ana ölümü - Bu dəfə Gəncədə
22.11.2017, 13:31

Daha bir ana ölümü - Bu dəfə Gəncədə

Ağır yol qəzası ilə bağlı rəsmi MƏLUMAT: 1 ölü, 8 yralı   
22.11.2017, 13:29

Ağır yol qəzası ilə bağlı rəsmi MƏLUMAT: 1 ölü, 8 yralı  

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF
22.11.2017, 13:27

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

Keçmiş arvadını öldürən kişi həbs olunub  
22.11.2017, 13:26

Keçmiş arvadını öldürən kişi həbs olunub  

Azərbaycanda kişilər bu zorakılıq növlərinə məruz qalırlar - Dövlət Komitəsi AÇIQLADI   
22.11.2017, 13:18

Azərbaycanda kişilər bu zorakılıq növlərinə məruz qalırlar - Dövlət Komitəsi AÇIQLADI  

Əhliman Əmiraslanov hökuməti səhiyyə xərclərini artırmağa çağırdı   
22.11.2017, 13:08

Əhliman Əmiraslanov hökuməti səhiyyə xərclərini artırmağa çağırdı  

Azarkeşlər “Qarabağ”ım oyununa niyə 3 saat əvvəldən çağırılıb? - AÇIQLAMA   
22.11.2017, 12:59

Azarkeşlər “Qarabağ”ım oyununa niyə 3 saat əvvəldən çağırılıb? - AÇIQLAMA  

Bu ölkədə 1 ayda 2,4 min insan qətlə yetirilib
22.11.2017, 12:57

Bu ölkədə 1 ayda 2,4 min insan qətlə yetirilib

Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”
22.11.2017, 12:46

Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”

Rəsulzadənin xanımının məzarını tapan jurnalist: “Əlavə detallar öyrənməyə çalışıram”   
22.11.2017, 12:45

Rəsulzadənin xanımının məzarını tapan jurnalist: “Əlavə detallar öyrənməyə çalışıram”  

ABŞ-da Azərbaycan həqiqətləri təbliğ edilib   
22.11.2017, 12:38

ABŞ-da Azərbaycan həqiqətləri təbliğ edilib  

Sabahın hava PROQNOZU   
22.11.2017, 12:34

Sabahın hava PROQNOZU  

Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərdi
22.11.2017, 12:31

Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərdi

Deputat şəhid ailələri ilə bağlı təklif verdi
22.11.2017, 12:25

Deputat şəhid ailələri ilə bağlı təklif verdi

“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR   
22.11.2017, 12:24

“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR  

Soçi GÖRÜŞÜ: Moskva, Tehran və Ankara Suriyanın taleyini həll edəcək
22.11.2017, 12:20

Soçi GÖRÜŞÜ: Moskva, Tehran və Ankara Suriyanın taleyini həll edəcək

Parlament yenə büdcəni müzakirə edir
22.11.2017, 12:07

Parlament yenə büdcəni müzakirə edir

ARXİV