18 noyabr 2018, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - “Məşhur filmlərdən məşhur sitatlar” - “Əhməd haradadır”dan məsəllər: “Zülümov dedi, qurtardı”
“Məşhur filmlərdən məşhur sitatlar” - “Əhməd haradadır”dan məsəllər: “Zülümov dedi, qurtardı”
06.08.2015, 12:27


Modern.az 
saytı “Məşhur filmlərdən məşhur sitatlar” rubrikasında növbəti yazını təqdim edir. Burada adından da göründüyü kimi, filmlərdə işlədilən və sonradan zərbi-məsələ çevrilən, insanlar arasında tez-tez işlədilən söz nümunələrindən danışılır. 

Azərbaycanda çəkilən elə filmlər var ki, onlar lentə alınandan 50 sonra da sevilir. 52 il bundan əvvəl çəkilən “Əhməd haradadır” filmi o qədər də dərin süjet xəttinə malik olmasa da, sırf məişət mövzusu üzərində qurulsa da, rejissor Adil İsgəndərov və filmdə çəkilən usta aktyorların Nəcibə Məlikova (Nərgiz xala), Məmmədrza Şeyxzamanov (Şirin kişi), Lütvəli Abdullayev (Zülümov), Ağahüseyn Cavadov (usta Əhməd), Mustafa Mərdanov (Məmməd), eləcə də başqalarının mükəmməl ifası səbəbindən vaxtilə mərkəzin primitiv, zəif, “burjua-meşşanlığı təmsil edən” film adlandırdığı ekran əsəri sonradan publikanın sevimlisinə çevrildi.

Amma o vaxtın kino başbiləni olan Adil İsgəndərov ekranlaşdırdığı yeganə film üçün çox əziyyət çəkdi. Məsələn,  kiçik bir epizod – Əhmədin evlənmək istəməyib evdən qaçdığı epizod üç ayrı-ayrı yerdə çəkilib. Otağın içi kinostudiyanın pavilyonu, pəncərədən atlanaraq düşdüyü yer Hacıkənd, itdən qaçaraq ağaca çıxdığı yer isə başqa bir ərazidir. Aktyor seçimlərində də rejissor çox böyük problemlər yaşayıb. Qadın rollarının ifaçılarını tapmaq mümkün deyilmiş. Məcbur qalıb Ceyranı canlandıran aktrisa Nonna Paçuaşvilini Gürcüstandan gətirirlər. Onun da nazir oğlu olan həyat yoldaşını “İnturist”də tok vurduğundan və aktrisa ana olmağa hazırlaşdığından çox böyük problemlər yaşanır. Bütün bunlara baxmayaraq, film iki il müddətində çəkilir.

Maraqlı məqamlardan biri də baş qəhrəmanlar - Leyla (Töhfə Əzimova) və Əhmədin (Səyavuş Şəfiyev) peşəkar aktyorlar olmaması idi. Töhfə Əzimova fortopiaino müəlliməsi, Səyavuş Şəfiyev isə peşəkar idmançı olmaqla yanaşı, Moskva sirkinin əsas rejissorlarından idi. Biz onu “Uşaqlığın son gecəsi” filmində də baş rolda (prorab Rüstəm) görmüşük.

Nərgiz xala, Şirin kişi, Zülümov və başqa qəhrəmanlar tərəfindən deyilən və hazırda zərbi-məsələ çevrilən sitatları təqdim edirik:

Əvvəlcə Şirin kişidən başlayaq. Məmmədrza Şeyxzamanov özü kimi mülayim bir obrazı bu filmdə çox rahat oynayır. Şirin obrazı həlimlik və adət-ənənəyə bağlılıq baxımından onunla yanaşı, Adil İsgəndərova da çox yaxındır. Odur ki, Şirin kişinin dilindən  arvadı Nərgiz xalanın şəninə deyilən təkcə “qəməndir çağırır” ifadəsi bu gün az qala əksər evlərdə yarızarafat, yarıgerçək işlədilir.

“Onun ayağını kəndirləmək lazımdı” fikrini də ancaq Şirin kişi kimi el ağsaqqalı deyə bilərdi. Bu gün də kimisə evləndirmək istəsələr, o saat həmin “kəndir”i yada salırlar. 

Bu təklifi inkar edənə yenə Şirin kişinin işlətdiyi “evlənmək də plannandı?” cavabı kömək edə bilər.

Mən sizi bu Əhmədin dalıyca göndərmişdim?”, “Bura bax, sən mənim qızımı hansı yola çəkirsən” kimi Şirin kişinin dilindən səslənən eyhamlar bu gün də məşhurdur.

“Oğlumu axtarırdım, dostumu tapdım”
sitatının məşhurluğundan isə danışmaq artıqdır. Təsadüfən köhnə bir yoldaşla görüşəndə mütləq bu cümləni də işlətməliyik.

Keçək Nərgiz xalaya. Möhkəm iradəli qadın olan Nəcibə Məlikova çəkildiyi bütün filmlərdə ancaq özünü oynayıb, öz xarakterini canlandırıb. Kinoda son işlərindən olan Nərgiz xala obrazında da bunu əyani görmək olar.

“Əhmədin anası ölməyib ha, ona əl qaldırasan”, “Mən adımı Nərgiz qoymaram, onu tapıb geri gətirməsəm” kimi zərbi məsələ çevrilən sitatlar həyat yoldaşı Şirin kişiyə deyilir. Bunların cərgəsinə “Vaxtilə mane olmasa idin, indi mən xalq artisti idim” ifadəsini də əlavə etmək olar. Şübhəsiz ki, bu gün həyat yoldaşlarının qadağaları ilə üzləşən xanımlar mütləq bu ifadəni onlara kinayə ilə bildirirlər.  

Onda Nərgiz xaladan incimə, özündən küs”, “Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan” kimi sitatlar da bu gün dillər əzbəridir. Nə qədər ki, Nərgiz xala kimi özündən deyən, mərd qadınlar var, bu fikirlər də yaşayacaq. Qeyd edək ki, o ifadələrin biri maşını sürmək istəməyən sürücü Əhmədə (Elxan Qasımov), o biri isə yoldaş Zülümova deyilir.



Elə Zülümov demişkən, keçək filmin bəlkə də ən maraqlı personajına. Adil İsgəndərovun Zülümovu həvalə etdiyi Lütfəli Abdullayevdən gözləntiləri çox idi. Odur ki, film ərzində onun üzərində daha ciddi dayanır. Bu səbəbdən də usta aktyor hər bir kiçik epizodda belə, mükəmməl çıxış edir. Belini əyərək, müdir otağına içəri girməkdən, əlini havada vuraraq, telefon dəstəyini maraqlı şəkildə yerə qoymaqdan tutmuş, 70 yaşlı ustaya “Aton-anon gəlib səni axtarır” deyərək məzəli gülüşünə qədər hamısında yeniliyə can atıb. Onun elə iki ifadəsi “Zülümov dedi, qurtardı”, “Sizin Əlibaba adında ərivüz olub?!” sitatları filmin pasportudur.

Yəqin ki, Zülümovun “Pay atonnan, kolxozçu da deputat kimi danışır” ifadəsini göylə gedən adam görəndə işlətdiyimiz vaxtlar olub.

Tikinti rəisi Mərdanzadənin “bıy, oğul atadan qocadır ki”,  Uzundraz Oqtayın (Novruz Axundov)Mən bilirəm axı, qadın böyük qüvvədir, komendantın “Sükanı belə saxla” ifadələri də çox məşhurdur.  

“Əhməd haradadır” üçüncü kateqoriya filmlərə daxil edilib. Kinoşünaslar sonradan onun dramatikliyini öldürərək, kino-konsertə çevrilən bir film adlandırıblar. Amma Adil İsgəndərov kimi peşəkar şəxsin az qala səkkiz bölgədə (Ağsu, Gəncə, Sumqayıt, Şəmkir, Ağdaş, Göyçay, Bakının müxtəlif əraziləri) çəkdiyi film sonradan çox sevildi və bir çox aktyorlara ixtisas pasportunu verdi.

P.S. Film əslində sırf sovet düşüncə tərzinin ifadəçisi idi. Burada hamı Əhmədi axtarır. Hamı “Əhməd haradadır” deyir. Kimdir Əhməd? - O, Leylaya “iş də ki, hər yerdə tapılar” deyən, yataqxana növbəsini başqasına verən, tikməyə-qurmağa səy göstərən əsl sovet adamıdır. Adil İsgəndərov da əslində obrazların köməyi ilə tipik sovet insanını “Əhməd haradadır” deyərək axtarırdı.

Elmin NURİ


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Oxucu
06.08.2015, 21:18

Təəssüf ki, Azərbaycanda kinoşünaslar da, teatrşünaslar da, musiqişünaslar da öz şəxsi, ifrat subyektiv rəylərini ümumun rəyindən, yəni tamaşaçıların, dinləyicilərin, oxucuların rəyindən üstün və yuxarı sayır, sənətdə mühüm ictimai rəy faktoru ilə hesablaşmırlar. Odur ki, Azərbaycanda sənət əsərləri haqqında bu əsərlərin yüksək bədii səviyyəsinə və uğur limitinə çata bilən mütəxəssis və tənqidçi əsərləri yarana bilmir. Halbuki xarici ölkələrdə müəllif də, tənqidçilər də əsər haqqında ictimai rəyi, tamaşaçı və dinləyici statistikasını hər şeydən üstün sayır, bu amilə sənətin həm peşəkarlıq, həm maddi maraq göstəricisi kimi yanaşırlar. Efirdə "Əhməd hardadır" filminin müzakirələrinə baxanda da bu fikrimə bir daha əmin oldum. Bir vaxtlar, Ədil İskəndərovu qərəzlə "vurmaq", vəzifəsindən kənarlaşdırmaq istəyən bir neçə məmur əlbir olaraq, onun "Əhməd hardadır" filmini o qədər aşağı və təhqiramiz bir qiymətlə "yuxarı" təqdim etmişdilər ki... Nəticədə bu "qiymət" öz işini gördü... Bəli, bu film o qədər realdır, o qədər inandırıcıdır, o qədər səmimidir ki, yarım əsrdir eyni həvəslə baxılır və bütövlükdə filmin böyük tamaşaçı reytinqi var. Filmə olan belə böyük və dəyişməz ictimai rəyin qarşısında isə hər hansı kinoşünas tənqidi mənasız və gülüncdür. Xüsusilə, filmdə elə hey zorən sovet təsiri axtarmaq kimi mənasız tendensiyalar... Bu film xalqımız arasında folklorlaşıbdır, filmdəki söz və ifadələr də xalqın dilində folklora çevrilibdir. Rauf Hacıyevin filmə yazdığı musiqi də sonradan xalqın dilində əzbər oldu, sevildi və bu gün də efirdə, konsertlərdə, məclislərdə sevilərək dinlənilir. P.S. O filmdən sonra başa düşdük ki, hər bir azərbaycanlı gənc, hər birimiz evlənmək məsələsində Əhmədin taleyini bu və digər şəkildə yaşamışıq və bu yaşantının özündə də bir yumor, həyati gülüş var. İkincisi isə, filmdə eyni yerdə işləyən qocanın, cavanın başdan-ayağa "əhmədləşdirilməsi" də maraqldır. Doğrudan da, hər bir iş yerin işçiləri məhz öz iş yerinin "əhmədləridir"... Üçüncüsü, hər bir insan öz şəxsi taleyində, hər bir xalq isə öz xoşbəxtliyində "Əhməd haradadır" deyə, öz Əhmədini sorqalayır, gözləyir...

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əfqanıstanda toy şənliyi keçirilən evə raket düşdü
18.11.2018, 21:11

Əfqanıstanda toy şənliyi keçirilən evə raket düşdü

Azərbaycan və Belarus dəmir yolları ilə bağlı razılığa gəldilər
18.11.2018, 20:59

Azərbaycan və Belarus dəmir yolları ilə bağlı razılığa gəldilər

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir
18.11.2018, 20:46

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Azərbaycan yığması Kosovoya yola düşdü
18.11.2018, 20:30

Azərbaycan yığması Kosovoya yola düşdü

“Qaşıqçının hissələrə ayrılmış cəsədi Türkiyədən çemodanla çıxarıla bilər” - Hulusi Akar  
18.11.2018, 20:16

Qaşıqçının hissələrə ayrılmış cəsədi Türkiyədən çemodanla çıxarıla bilər” - Hulusi Akar  

Bir şəklin tarixçəsi: Azadlıq meydanı, insanlar, çadırlar və qoyunlar...   
18.11.2018, 20:12

Bir şəklin tarixçəsi: Azadlıq meydanı, insanlar, çadırlar və qoyunlar...  

Bu il Azərbaycanda 43 640 insan dünyasını dəyişib
18.11.2018, 20:02

Bu il Azərbaycanda 43 640 insan dünyasını dəyişib

Bakıdakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum oldu
18.11.2018, 18:44

Bakıdakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum oldu

Çində vertolyot qəzaya uğrayıb, xəsarət alanlar var
18.11.2018, 17:48

Çində vertolyot qəzaya uğrayıb, xəsarət alanlar var

Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirdi
18.11.2018, 17:08

Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirdi

Yunanıstanda baş verən toqquşmalarda onlarla insan saxlanılıb
18.11.2018, 16:40

Yunanıstanda baş verən toqquşmalarda onlarla insan saxlanılıb

Əli Həsənov: “Aksiyaçılar polis işçilərinə müqavimət göstəriblər”
18.11.2018, 16:00

Əli Həsənov: “Aksiyaçılar polis işçilərinə müqavimət göstəriblər

Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb
18.11.2018, 15:33

Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb

Bakıda Dünya Kubokunun mükafatlandırma mərasimi keçirilib 
18.11.2018, 14:56

Bakıda Dünya Kubokunun mükafatlandırma mərasimi keçirilib 

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
18.11.2018, 14:34

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Əli Kərimlinin həbs olunduğu mitinqlə bağlı RƏSMİ MƏLUMAT 
18.11.2018, 14:01

Əli Kərimlinin həbs olunduğu mitinqlə bağlı RƏSMİ MƏLUMAT 

Sabaha olan hava PROQNOZU
18.11.2018, 13:30

Sabaha olan hava PROQNOZU

Bu ərazilərdə elektrik enerjisi 4 gün  fasilələrlə veriləcək
18.11.2018, 13:26

Bu ərazilərdə elektrik enerjisi 4 gün  fasilələrlə veriləcək

Kaliforniyada yanğınlar zamanı 76 nəfər ölüb,  1276 nəfər itkin düşüb
18.11.2018, 13:09

Kaliforniyada yanğınlar zamanı 76 nəfər ölüb,  1276 nəfər itkin düşüb

Tatlısəsi azərbaycanlı həkim sağaltdı
18.11.2018, 12:43

Tatlısəsi azərbaycanlı həkim sağaltdı

39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ
18.11.2018, 12:38

39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ

Gəncədə 17 yaşlı qız itkin düşdü
18.11.2018, 12:09

Gəncədə 17 yaşlı qız itkin düşdü

Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edir - FOTOLAR
18.11.2018, 11:58

Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edir - FOTOLAR

160 saylı avtobus qatarla toqquşmaqdan son anda qurtuldu- RƏSMİ - VİDEO
18.11.2018, 11:38

160 saylı avtobus qatarla toqquşmaqdan son anda qurtuldu- RƏSMİ - VİDEO

Nazirlik 120 minə yaxın ağac payladı - FOTOLAR
18.11.2018, 11:24

Nazirlik 120 minə yaxın ağac payladı - FOTOLAR

Balakəndə qəza: xəsarət alanlar var
18.11.2018, 11:16

Balakəndə qəza: xəsarət alanlar var

Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
18.11.2018, 10:44

Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı

Xırdalanda evdə yanğın
18.11.2018, 10:24

Xırdalanda evdə yanğın

Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı - ÖZƏL
18.11.2018, 10:22

Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı - ÖZƏL

Millətlər Liqasında 6-cı tur başlayır - TƏQVİM   
18.11.2018, 10:01

Millətlər Liqasında 6-cı tur başlayır - TƏQVİM  

Millətlər Liqasında daha 7 oyun və 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR   
18.11.2018, 09:59

Millətlər Liqasında daha 7 oyun və 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR  

“Ölkəmizi  tanıyaq” aksiyasının yolasalma  mərasimi oldu   
18.11.2018, 09:50

“Ölkəmizi  tanıyaq” aksiyasının yolasalma  mərasimi oldu  

Ermənistan cəbhədə təxribatlara davam edir
18.11.2018, 09:36

Ermənistan cəbhədə təxribatlara davam edir

ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq
18.11.2018, 09:32

ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq

İdman zamanı köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
18.11.2018, 09:15

İdman zamanı köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Çaylarda suyun səviyyəsi 16 sm-ə qədər artdı
18.11.2018, 08:57

Çaylarda suyun səviyyəsi 16 sm-ə qədər artdı

Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - VİDEO
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - VİDEO

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

ARXİV