Aktrisa Zümrüd Qasımova boşandığı həyat yoldaşı Nazim Zeynalovla foto paylaşıb.
Modern.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa birlikdə çəkdirdikləri şəkli instaqramda yayımlayaraq ürək emojisi qoyub.
Qeyd edək ki, Z. Qasımova daha əvvəl bəzi sənəd işlərinə görə həyat yoldaşı ilə rəsmi şəkildə boşandıqlarını açıqlamışdı. Aktrisa sonradan yenidən toy edərək nikahlarını təzələməyi planlaşdırdıqlarını bildirmişdi. Lakin onların yenidən nikahı baş tutmayıb.