20 mart 2019, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - İlham Əliyev: “9 ayda 226 min iş yeri açılıb”
İlham Əliyev: “9 ayda 226 min iş yeri açılıb”
09.10.2017, 13:17

Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

 

Modern.az xəbər verir ki, bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən Prezident İlham Əliyev iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb. Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Prezident İlham Əliyev vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub.

 

“Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, - deyən dövlət başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirib. Vurğulayıb ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir.

 

Prezident İlham Əliyev bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirib. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir. Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub.

 

Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı 2017-ci ildə də məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini və bu layihənin gələn il də davam etdiriləcəyini bildirib, indiyədək 250 mindən çox soydaşımızın dövlət tərəfindən mənzillərlə təmin olunduğunu qeyd edib.

 

Prezident İlham Əliyev bildirib ki, bu ilin doqquz ayında ölkəmizdə idman sahəsində böyük uğurlar qazanılıb, İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub.

 

Dövlət başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğuladı, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə ölkəmizə gəldiyini dedi və hər bir səfərin ölkəmiz üçün faydalı olduğunu vurğulayıb.

 

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bu məsələdə mövqeyimizin dəyişməz qaldığını, ərazi bütövlüyümüzün danışıqlar predmeti olmadığını bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dövlət başçısı onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilməyib.

 

Prezident İlham Əliyev deyib ki, bu ilin doqquz ayında ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş verib. Ötən ay “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Saziş imzalanıb, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər də uğurla gedir. Əsas məqsədin qeyri-neft sektorunun inkişafı olduğunu deyən dövlət başçısı neftdən gələn gəlirlərin insan kapitalının inkişafına yönəldiyini diqqətə çatdırıb.

 

Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının olacağını deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır və dünyada ölkəmizin mövqeyinin daha da güclənməsinə töhfə verir.


Dövlət başçısı diqqətə çatdırıb ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.

Bu ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən Prezident İlham Əliyev bildirib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.


Sonra təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bu ilin doqquz ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzələrlə çıxış ediblər.


Müşavirəyə yekun vuran Prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlərin həllini tapacağını deyib. Prezident İlham Əliyev gələn ilin dövlət investisiya proqramı ilə bağlı təkliflər gəldiyini vurğulayıb, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramının qəbul edilməsinin mümkünlüyünü bildirib.


Ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə, iş adamlarına verilən güzəştli kreditlərə toxunan dövlət başçısı bildirib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin sonunadək kreditləşməni təmin etməlidir.

Bu ilin doqquz ayında ölkədə yol infrastrukturu ilə bağlı çox mühüm layihələrin icra edildiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, bu layihələr bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcək. Gələn il daha çox kənd yolu inşa ediləcək. Bundan əlavə, bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək.


Prezident İlham Əliyev fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını bildirib.


Bölgələrdə müasir sənaye zonalarının yaradıldığını da deyən dövlət başçısı ölkəmizin ixrac potensialını təbliğ etmək üçün sərgilərdə, beynəlxalq tədbirlərdə fəal iştirak etməyin əhəmiyyətinə toxunub.

Prezident tikinti sektorunda canlanmanın olduğunu, hazırda paytaxtımızda 95 yaşayış binasının tikildiyini, yarasız vəziyyətdə olan binaların yerində müasir yaşayış komplekslərinin inşa olunduğunu deyib.

“ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini deyən Prezident İlham Əliyev “ABAD mərkəz”lərin yaradılmasının əhəmiyyətinə də toxundu, turizm sahəsində sürətli inkişafın olduğunu bildirib.

Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlət başçısı bu ilin sonunadək və gələcək illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi    
20.03.2019, 23:38

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi  

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib
20.03.2019, 23:28

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

FED uçot dərəcəsini azaltdı
20.03.2019, 23:10

FED uçot dərəcəsini azaltdı

Göyçayda bayram günü faciə: 23 yaşlı gənci səkidə üstünə düşən ağac öldürdü
20.03.2019, 22:44

Göyçayda bayram günü faciə: 23 yaşlı gənci səkidə üstünə düşən ağac öldürdü

Növbəti  Ay tutulması müşahidə edilir
20.03.2019, 22:27

Növbəti  Ay tutulması müşahidə edilir

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı
20.03.2019, 22:07

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək   
20.03.2019, 21:50

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək  

Rus turistlərdən film kimi cinayət
20.03.2019, 21:29

Rus turistlərdən film kimi cinayət

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı
20.03.2019, 21:10

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb
20.03.2019, 21:01

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO
20.03.2019, 20:49

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO

Qubada maşınlar qar uçqunu altında qaldı
20.03.2019, 20:32

Qubada maşınlar qar uçqunu altında qaldı

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO
20.03.2019, 20:18

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO

Zəlzələdə 3 nəfər xəsarət aldı
20.03.2019, 20:03

Zəlzələdə 3 nəfər xəsarət aldı

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü
20.03.2019, 19:45

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü

“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı
20.03.2019, 17:11

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi
20.03.2019, 16:19

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi
20.03.2019, 16:12

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
20.03.2019, 15:36

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu
20.03.2019, 14:43

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər
20.03.2019, 14:08

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər

DİN: Xızıda sənədləri olmayan diri toyuqlar tutulub
20.03.2019, 14:04

DİN: Xızıda sənədləri olmayan diri toyuqlar tutulub

Dünyanın ən bahalı şəhərləri - SİYAHI   
20.03.2019, 13:28

Dünyanın ən bahalı şəhərləri - SİYAHI  

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  
20.03.2019, 13:14

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı   
20.03.2019, 12:25

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı  

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ   
20.03.2019, 12:22

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ  

Türkiyənin “Sultan Novruzu”
20.03.2019, 12:17

Türkiyənin Sultan Novruzu

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...
20.03.2019, 12:10

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək
20.03.2019, 12:03

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi
20.03.2019, 11:59

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

ADU-da “Multikultural Novruz bayramı” 
20.03.2019, 11:57

ADU-da “Multikultural Novruz bayramı” 

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI
20.03.2019, 11:51

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
20.03.2019, 11:47

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
20.03.2019, 10:43

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

ARXİV