15 dekabr 2018, Şənbə
Ana Səhifə - PARLAMENT - “25 nəfərin ölümünə bais olan günahkarlar heç bir halda cəzasız qalmamalıdr!” - DEPUTATLAR
“25 nəfərin ölümünə bais olan günahkarlar heç bir halda cəzasız qalmamalıdr!” - DEPUTATLAR
02.03.2018, 14:06

Bu gün - martın 2-də  Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
 

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
 
Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

 

Milli Məclisin deputatları bu dəfə Modern.az-a  Respublika Narkoloji Mərkəzində 25 nəfərin həyatını itirməsinə səbəb olan yanğınla bağlı danışıblar.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə  deyib ki, hadisə hər bir azərbaycanlını sarsıdıb.

“Bu çox ağır bir faciədir. Nəticələr ağılasığmaz dərəcədə hər birimizi çox kədərləndirir. Yanğın nəticəsində həyatını itirənlərin ailəsinə başsağlığı verirəm. Faciənin nədən baş verməsi isə araşdırılır.  Artıq hadisə ilə bağlı cinayət işi açılıb. Bu birbaşa ölkə başçısının nəzarətindədir. Ölkə başçısının hadisə yerinə gəlməsi və təfərrüatlarla tanış olması onu göstərir ki, belə məsələlər heç bir halda cəzasız qala bilməz. Kimliyindən, vəzifəsindən asılı olmayaraq bu hadisənin baş verməsinə səbəb olan hər bir şəxs ağır cəzasını alacaq. Yanğın nəticəsində baş verənlər bizim vətəndaşlarımzıdır. Onların ailəsinin hər birinin ağrısını hər birimiz çəkirik. Heç bir halda belə hadisə baş verməməliydi. Baş veribsə demək kimlərinsə, hardasa cinayətkarcasına səhlənkarlığı olub”.

Deputat xəstəxanalardakı təhlükəsizlik məsələsindən də danışıb.

“Bu gün Azərbaycan xəstəxanalarının vəziyyətini yükək qiymətləndirirəm. Tibb müəssisələrimiz yaxşı təmir edilib, palatalar genişləndirilib, təhlükəsizlik məsələsi isə yüksək səviyyədə qorunur. Narkoloji Mərkəzə gəlincə, həm foto, həm də videogörüntülərdə vacib bir xəstəxanamızın taxta konstruksiyalardan, az qala ötən əsrin 40-50-ci illərində tikilmiş binada yerləşdirilməsi mənə təəccübləndirdi. Düzdür, həm Bakıda, həm də regionlarımızdakı xəstəxanalar mərhələli şəkildə təmir edilir. Ola bilsin ki, Respublika Narkoloji Mərkəzinin də təmiri nəzərdə tutulurdu.  Ancaq taxta konstruksiyaların yanması tamamilə mümkün olmayan məsələdir. Yəni, bu məsələ diqqətdən kənarda qalmamalıydı. Həmçinin, belə bir şəraitdə ağır xəstələrin yerləşdirilməsi düzgün deyil. Mən bu məsələdə mütəxəssis deyiləm. Amma bir vətəndaş kimi taxta konstruksiyalardan ibarət binada xəstəxananın olması düzgün deyil. Naqillərin də qaydasında olmaması, yanğın baş verən anda yanğının söndürülməsi üçün sistemin olmaması faciəyə gətirib çxarıb. Bütün bunların hamısı araşdırılacaq. Kimlər nədən bu məsələyə səhlənkarlıq edib, nədən diqqətdən kənarda qalıb. Cənab prezidentin hadisə yerinə gəlməsi göstərir ki, bu tip məsələlər Azərbaycanda yolverilməzdir”.

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü  Kamilə Əliyeva  bildirib ki, yanğınla bağlı cinayət işi açılıb və həyata keçirilən tədbirlər prezident İlham Əliyevin şəxsi nəzarətindədir:

”Prezident İlham Əliyev, səhiyyə naziri Oqtay Şirəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Baş prokurorun müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerinə gediblər. Müvafiq orqanlar tərəfindən bu məsələ aydınlaşdırılacaq və səbəbləri bilinəcək. Cənab prezident tərəfindən digər sahələrə olan qayğı kimi səhiyyəyə də önəm verilir. Ölkədə yeni tibb müəssisələri tikilib istifadəyə verilir.  Həmin səhiyyə müəssisələrində təhlükəsizlik məsələlərinə xüsusi önəm verilir. Özümüz də şahidi oluruq ki, yeni tikilən səhiyyə müəssisələrində təhlükəsizliklə bağlı hər şey nəzərdə tutulub. Amma bu o demək deyil ki, əvvəlcədən tikilmiş tibb müəssisələrində yanğından təhlükəsizlik məsələsi yaddan çıxmalıdır. Bu olmalıdır. Bütün səhiyyə müəssisələrində yanğınla bağlı məsələlərə cavabdeh şəxs olmalıdır. Mən əminəm ki, yeni istifadəyə verilən xəstəxanalarda bunlara əməl edilir.  Əvvəlcədən tikilmiş xəstəxanalarda da bu olmalıdır. Bu gün yanğın baş verən xəstəxanada buna nəzarət olunmayıbsa, həmin şəxslər layiqli cəzalarını alacaqlar. Həmin xəstəxanada 25  nəfərin həyatını itirməsi çox böyük rəqəmdir.  İnsanlar ora ümidlə gediblər ki, müalicə alsınlar, həyatlarını dəyişsinlər. Yenə də deyirəm ki, müvafiq orqanlar Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı araşdırmalar aparacaqlar və hamıya da məlum olacaq ki, bu hadisənin baş verməsinin günahkarları kimdir”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli qeyd edib ki,  Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Baş prokurorluqda cinayət işinə başlanılıb, günahkarlar aşkarlanmalıdır:

“Eyni zamanda, Baş prokurorluğun, Daxili İşlər Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Cənab prezident də hadisə yerinə gedib və müvafiq tapşırılar verib. Məlumatlardan da görünür ki, Respublika Narkoloji Mərkəzi taxta konstruksiyalardan ibarətdir. Burada çox asanlıqla yanğınlar baş verə bilərdi. Orada baş vermiş yanğında 25 nəfərin həyatını itirməsi çox acınacaqlı haldır.  Yanğın qəsdən də ola bilər, ehtiyatsızlıqdan da. Amma ilkin araşdırmalara görə, yanğın elektrik şəbəkəsində yaranan nasazlıqdan olub. Düşünürəm ki, bu məsələ ciddi şşəkildə araşdırılmalıdır. Ora narkoloji dispanserdir. Ola bilər ki, narkotikin təsirindən, qəbul edilməməsinin yaratdığı şokdan və s. hallarda kimsə xəta çıxara bilər. Amma hələ ki, bu barədə əlimizdə məlumatlar yoxdur”. 

 

Deputat deyib ki, 25 nəfərin həyatına son qoyulması ilə nəticələnən yanğının  qəsdən törədildiyi sübüt olunsa , o zaman bunu edənlərə ən ağır cəzalar verilməlidir.

“Hesab edirəm ki, istintaq qrupu hadisəni hərtərəfli şəkildə araşdıracaq.  Yenə də deyirəm ki, məlumatlardan da görünür ki, Respublika Narkoloji Mərkəzi taxta konstruksiyalardan ibarətdir. Bununla bağlı çoxdan addımlar atılmalıydı. Orada ixtisaslaşdırılmış bina olmalıydı. Hər halda bunların hamısı araşdırılacaq. Nə üçün 25 adam xilas ola bilməyib? İstər bu qəsdən olsun, istərsə də ehtiyatsızlıqdan. 25 nəfərin xilas ola bilməməsi çox ciddi bir məsələdir. Ümumiyyətlə, bu böyük bir siqnaldır ki, Azərbaycanda tikilən bütün binalar yanğına davamlı olsun.  Bundan çox böyük nəticə çıxarmaq lazımdır”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Səudiyyə Ərəbistanı ABŞ-ı cəzalandırmaq istəyir
15.12.2018, 10:23

Səudiyyə Ərəbistanı ABŞ-ı cəzalandırmaq istəyir

Tramp Ağ Evin aparatına yeni rəhbər təyin edib
15.12.2018, 10:11

Tramp Ağ Evin aparatına yeni rəhbər təyin edib

44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı
15.12.2018, 10:02

44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı

Düşmən atəşkəs rejimini 21 dəfə pozub
15.12.2018, 09:41

Düşmən atəşkəs rejimini 21 dəfə pozub

AMEA-nın işçilərinə torpaq veriləcək
15.12.2018, 09:24

AMEA-nın işçilərinə torpaq veriləcək

Sərnişin avtobusu avtomobillərə çırpılıb: 5 ölü, 38 yaralı
15.12.2018, 09:16

Sərnişin avtobusu avtomobillərə çırpılıb: 5 ölü, 38 yaralı

Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü
15.12.2018, 09:04

Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü

Tramp və Ərdoğan arasında telefon danışığı olub
15.12.2018, 08:57

Tramp və Ərdoğan arasında telefon danışığı olub

Tanınmış meyxanaçı
15.12.2018, 00:53

Tanınmış meyxanaçı "Maşın"dan getdi

İlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLAR
15.12.2018, 00:42

İlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLAR

“Milan” klubu cəzalandırıldı
15.12.2018, 00:25

“Milan” klubu cəzalandırıldı

Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO
15.12.2018, 00:09

Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO

Azərbaycan nefti ucuzlaşdı
14.12.2018, 23:56

Azərbaycan nefti ucuzlaşdı

İsraildə də aksiyalar başladı
14.12.2018, 23:46

İsraildə də aksiyalar başladı

“Şimali Koreyanın böyük iqtisadi uğur üçün möhtəşəm potensialı var” - Tramp
14.12.2018, 23:29

“Şimali Koreyanın böyük iqtisadi uğur üçün möhtəşəm potensialı var” - Tramp

Ermənistanda sonuncu rusdilli televiziya proqramı da bağlandı
14.12.2018, 23:14

Ermənistanda sonuncu rusdilli televiziya proqramı da bağlandı

Təhlükəsizlik qüvvələrinə hücumda 6 nəfər öldü
14.12.2018, 23:00

Təhlükəsizlik qüvvələrinə hücumda 6 nəfər öldü

“Möhtəşəm planlarım var”- Emin Ağalarov
14.12.2018, 22:51

“Möhtəşəm planlarım var”- Emin Ağalarov

Çin Amerika avtomobillərindən vergi almayacaq
14.12.2018, 22:38

Çin Amerika avtomobillərindən vergi almayacaq

Bakı sakini özünü 16-cı mərtəbədən atmaq istədi
14.12.2018, 22:26

Bakı sakini özünü 16-cı mərtəbədən atmaq istədi

Kanadada qiymətli almaz tapıldı
14.12.2018, 22:10

Kanadada qiymətli almaz tapıldı

Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı
14.12.2018, 21:56

Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı

Alimdən XƏBƏRDARLIQ:
14.12.2018, 21:42

Alimdən XƏBƏRDARLIQ: "Vulkanların yaxınlığında evlərin olması təhlükəlidir"

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb
14.12.2018, 21:27

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi
14.12.2018, 21:15

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılır
14.12.2018, 21:02

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılır

Zəhərlənmədə 12 nəfər öldü
14.12.2018, 20:46

Zəhərlənmədə 12 nəfər öldü

Parisin müdafiəsinə 8 min polis cəlb edildi
14.12.2018, 20:33

Parisin müdafiəsinə 8 min polis cəlb edildi

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı
14.12.2018, 20:16

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi
14.12.2018, 20:03

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi

Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü
14.12.2018, 20:00

Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur - Dövlət Komitəsi
14.12.2018, 19:46

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur - Dövlət Komitəsi

Lavrov Tahir Salahovun sərgisində olub
14.12.2018, 19:29

Lavrov Tahir Salahovun sərgisində olub

İlham Əliyev FHN əməkdaşlarının təltif etdi - SİYAHI
14.12.2018, 19:20

İlham Əliyev FHN əməkdaşlarının təltif etdi - SİYAHI

AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar
14.12.2018, 19:09

AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar

Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi - SİYAHI
14.12.2018, 19:00

Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi - SİYAHI

Füzuli sakinlərindən Əbülfəz Qarayevə MÜRACİƏT
14.12.2018, 18:52

Füzuli sakinlərindən Əbülfəz Qarayevə MÜRACİƏT

Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib
14.12.2018, 18:43

Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO
14.12.2018, 18:34

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO

Azərbaycan Fransadakı festivalda təmsil olunub - FOTO
14.12.2018, 18:25

Azərbaycan Fransadakı festivalda təmsil olunub - FOTO

Aqrar sahəyə aid yeni qurum yaradıldı - FƏRMAN
14.12.2018, 18:10

Aqrar sahəyə aid yeni qurum yaradıldı - FƏRMAN

Prezident yol tikintisinə 2.82 milyon manat ayırdı
14.12.2018, 17:57

Prezident yol tikintisinə 2.82 milyon manat ayırdı

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı
14.12.2018, 17:44

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı

Bakcell növbəti müsabiqə elan etdi
14.12.2018, 17:22

Bakcell növbəti müsabiqə elan etdi

Manat 3 gün bu məzənnədə olacaq
14.12.2018, 17:10

Manat 3 gün bu məzənnədə olacaq

Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı   
14.12.2018, 17:07

Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı  

FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR
14.12.2018, 17:05

FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!
14.12.2018, 17:02

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!

Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib 
14.12.2018, 17:00

Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib 

UNEC yeni əməkdaşlığa başlayır
14.12.2018, 16:55

UNEC yeni əməkdaşlığa başlayır

ARXİV