19 yanvar 2019, Şənbə
Ana Səhifə - İQTİSADİYYAT - Nazir aqrar islahatların təməl prinsipləri açıqladı - MƏQALƏ
Nazir aqrar islahatların təməl prinsipləri açıqladı - MƏQALƏ
01.11.2018, 11:15

İnam Kərimov,
kənd təsərrüfatı naziri 


1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli sərəncamı ilə noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Modern.az kənd təsərrüfatı naziri İnam Kərimovun aqrar sahə işçilərinin peşə bayramı münasibətilə məqaləsini təqdim edir. Məqalədə aqrar sektorda aparılan islahatlar, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən söhbət açılır.

 


Müasir çağırışlar fonunda yeni trendlər

 

İnsanların zəruri ərzaq ehtiyaclarının ödənilməsi cəmiyyətin inkişafının ilkin mərhələsindən bu günədək əsas çağırışlardan biri olmaqda davam edir. Bu səbəbdən hər bir ölkədə kənd təsərrüfatının inkişafı prioritet vəzifə kimi çıxış edir. 2050-ci ilədək 9,3 milyard nəfər olması gözlənilən dünya əhalisinin qidalanması üçün ümumi ərzaq istehsalının təxminən 70 faiz artırılması zəruri olacaq. Bununla yanaşı, dünyada həyat səviyyəsi standartlarının yüksəlməsi trendinə uyğun olaraq ərzaq məhsulları istehsalının strukturunda sağlam və keyfiyyətli məhsullara tələbat da artmaqdadır.

Buna görə 2015-ci ildə BMT-nin qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” sənədində aclığın ləğv edilməsi, qidalanmanın yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib. 

Bu çağırışlar fonunda dünyada kənd təsərrüfatı sahəsinin inkişafında yeni trendlər müşahidə olunur. Qlobal miqyasda urbanizasiya proseslərinin sürətli davamı və 4-cü sənaye inqilabı mərhələsinə keçidin başlaması nəticəsində aqrar sektorun rolunda və strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Belə ki, torpaq və su resurslarının məhdudluğu fonunda qlobal ərzaq təchizatının əhəmiyyətli dərəcədə artırılması təmin olunmalıdır. Bu isə intensiv istehsal üsullarının və dayanıqlı kənd təsərrüfatı istehsalına imkan verən yeni texnologiyaların tətbiqinin genişləndirilməsini zəruri edir. Ona görə kənd təsərrüfatında müasir texnologiya və innovasiyaların geniş şəkildə tətbiqi hazırda qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinin və ətraf mühitə mənfi təsirlərin azaldılmasının əsas vasitəsi kimi çıxış edir. Bunlarla yanaşı, torpaqlardan dayanıqlı istifadə edilməsi, kənd təsərrüfatının qlobal iqlim dəyişikliklərinə uyğunlaşdırılması, ərzaq məhsulları istehsalının həcminin artırılması həm də bu sahədə islahatların davamlı olaraq həyata keçirilməsini zərurətə çevirir.

Tarixən böyük əkinçilik ənənələrinə malik olan Azərbaycan bu beynəlxalq çağırışlara cavab verən azsaylı ölkələrdən biridir. Hələ sovetlər dönəmində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan geridə qalmış respublikadan böyük potensiala malik aqrar-sənaye kompleksinin formalaşdırıldığı, mövcud resursların səmərəli istifadə edildiyi və intensiv inkişaf mexanizmlərinin geniş tətbiq olunduğu dinamik inkişaf edən ölkəyə çevrildi. Müstəqillik bərpa edildikdən sonra Ümummilli Liderin rəhbərliyi ilə tarixi əhəmiyyət kəsb edən aqrar islahatlar uğurla həyata keçirildi və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradıldı. 1990-1995-ci illərdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində kəskin azalma olduğu halda, 1995-ci ildən sonra bu sahədə davamlı artım əldə edildi. Ən əsası isə Ulu Öndərin siyasi iradəsi ilə həyata keçirilən aqrar islahatlar sayəsində azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan yeni sistemə uğurlu keçid təmin olundu.

Son 15 ildə aparılan böyük həcmli kompleks işlər sayəsində Azərbaycan bu gün müasir inkişaf mərhələsinə daxil olub. Bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müstəqilliyimizin, təhlükəsizliyimizin, tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təmin olunmasında müəyyən edilən siyasi kurs dayanır. Digər sahələr kimi, aqrar sahə də özünün dinamik inkişafı ilə bu çağırışlara cavab verərək, keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının qəbul etdiyi siyasi qərarlar kənd təsərrüfatının inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə də geniş tətbiq olunmasına real zəmin yaradıb.

 Aqrar islahatların müasir mərhələsində strateji yanaşmanın əsasını iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, neftdən asılılığın azaldılması, qlobal bazarlara daha sıx inteqrasiya olunması, məhsuldarlığın artırılması hesabına istehsal xərclərinin azaldılması və fermerlərin maddi rifahının yüksəldilməsi təşkil edir.

Son illər bu istiqamətdə ölkəmizdə sistemli şəkildə həyata keçirilən islahatların və göstərilən yüksək dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaratmaqla bərabər, qeyri-neft ixracının artırılmasına da mühüm töhfə verib. 

 

Kənd təsərrüfatında artım davamlı xarakter daşıyır

 

Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar hesabına kənd təsərrüfatında artım tempi dayanıqlılığı ilə seçilir. 2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib. Dünya Bankının məlumatlarına əsasən bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub.

Kənd təsərrüfatı sahəsində dinamik inkişaf trendi cari ildə də davam edib, ilk 9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,7 faiz artıb. Bir sözlə, dövlətimizin başçısının qeyd etdiyi kimi Biz kənd təsərrüfatının ardıcıl artımını görürük”.

Aqrar islahatların hazırki mərhələsi həm də yüksək əlavə dəyər yaradılan ənənəvi sahələrin inkişafı baxımından tarixi dönüş dövrü kimi xarakterizə oluna bilər. Belə ki, pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq, çayçılıq, üzümçülük və sitrus meyvəçiliyi ilə bağlı qəbul olunmuş sahəvi dövlət proqramları çərçivəsində bu sahələrin inkişafı üzrə tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilib. Nəticədə yüksək əlavə dəyər və kənd yerlərində geniş məşğulluq imkanı yaradılan sənaye təyinatlı və ixracyönümlü bu sahələrdə əhəmiyyətli inkişaf dinamikası əldə olunub. 

Pambıqçılıqda həyata keçirilən məqsədyönlü tədbirlər məhsuldarlığın artırılmasını və son nəticədə bu sahənin ənənəvi nüfuz və şöhrətinin qaytarılmasını təmin edəcək. Kənd təsərrüfatı məhsulları üzrə emal sənayesinin gücləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Ucar rayonunda pambıq emalı, pambıq yağı və lifsiz pambıq toxumu istehsalı zavodları istifadəyə veriləcək. Bu isə ölkədə sahənin inkişafına mühüm töhfə olmaqla bərabər, lifsiz pambıq toxumuna tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.

İntensiv ferma modelinin tətbiqinin genişləndirilməsi nəticəsində son illərdə heyvandarlıq sahəsində artım əsasən intensiv inkişaf hesabına təmin edilib.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müqayisəli üstünlüklərin daha da artması hesabına onların ixracında yüksək dinamikaya nail olunub. Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb.

Ölkədə uğurla aparılan aqrar siyasət nəticəsində kənd təsərrüfatında əlverişli bazar şərtləri formalaşıb və biznes fəallığı xeyli yüksəlib. Bunlar özünü aqrar sektorda muzdla çalışan işçilərin sayının və investisiya qoyuluşunun həcminin artmasında da büruzə verib.

Yerli istehsal üzrə potensialın güclənməsi və rəqabətqabililiyyətliliyin yüksəlməsi hesabına ölkədə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə artıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35 faiz olduğu halda, hazırda 90 faizə yaxındır. Bütün növ tərəvəz və meyvə ilə özünütəminetmə səviyyəsi 100 faizdən çoxdur.

Ayrı-ayrı sahələr üzrə özünütəminetmə səviyyəsinin yerli istehsal hesabına artırılması, inkişaf və idarəetmə məsələlərinin daha çevik tənzimlənməsi, dövlət dəstəyini gücləndirməklə müvafiq sahələr üzrə proqram yanaşmasının tətbiq edilməsi və ünvanlı siyasət tədbirləri mexanizminin yaradılması məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən “Heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”, “Taxılçılığın inkişafına dair Dövlət Proqramı” və “Toxumçuluğun inkişafına dair Dövlət Proqramı”nın hazırlanması istiqamətində aparılan işlər yekun mərhələsindədir.

 

Aqrar islahatların müasir mərhələsinin təməl prinsipləri

 

Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün müəyyənləşdirilmiş islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində 3 əsas prinsipi - kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqini rəhbər tutur.


Nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb:

1. Aqrar təhlil. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Bu vəzifələrin həllini təmin etmək üçün Mərkəz beynəlxalq çağırışlara cavab verən və elmi yanaşmalara əsaslanan tədqiqat və analitik-informasiya xidmətlərinin göstərilməsi ilə məşğul olan peşəkar qurum kimi formalaşdırılır.

2. Aqrar həllər. Kənd təsərrüfatı sahəsində hazırda ən başlıca vəzifə məhsuldarlığın artırılması hesabına rəqabətqabililiyyətliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu isə bütün istiqamətlərdə innovativ istehsal və idarəetmə texnologiyalarının, müasir və mütərəqqi metod və həllərin geniş tətbiqini tələb edir.

Aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə çatdırılması, bu qurumların məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi istiqamətində institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb.

Hazırda aqrar elmin modernləşdirilməsi üzrə islahatlar davam etdirilir. Bu islahatlar çərçivəsində bütün elmi tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. Elmi tədqiqat institutlarında yaradılan potensial hesabına istehsalçılar yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək. 

Fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Tovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri qurulur.  

 3. Aqrar bilik və bacarıqlar. “Biliklər əsri” adlandırılan müasir dövrdə aqrar sahənin dayanıqlı inkişafı, ilk növbədə, elm və təhsilin müasir tələblərə uyğun təşkili ilə bağlıdır. Bu məqsədlə ölkənin aqrar kadr hazırlığının mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təlim planları və proqramları dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilir. Bütün laboratoriyalar tamamilə yenilənərək müasir avadanlıqlarla təchiz edilib, yeni təcrübə bazaları yaradılıb, peşəkar mütəxəssislərin hazırlanması məqsədilə təşviqedici addımlar atılıb. Dövlətimizin başçısının tapşırığına əsasən bu ildən qəbul imtahanlarında 400 və 500-dən yuxarı bal toplayaraq ADAU-nun aqraryönümlü ixtisaslarına qəbul olunan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüdün verilməsinə başlanılıb.

Aqrar sahədə müasir tələblərə cavab verən təlim və informasiya məsləhət xidmətləri sisteminin mövcudluğu sahənin rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün mühüm şərtlərdən biri kimi çıxış edir. Bu məqsədlə nazirlik tərəfindən “Fermerlərə təlim və məsləhət xidmətlərinin təşkili üzrə Strategiya” hazırlanıb, fermerlərə peşəkar təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsinə başlanılıb.

Kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatlar, təhsil, təlim və informasiya məsləhət xidmətləri sisteminin formalaşdırılması istiqamətində fəaliyyətlərin sistemli şəkildə həyata keçirilməsi məqsədilə Aqrar Elm və Təhsilin İnkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

4. Aqrar dəstək. Məhsul istehsalçılarının stimullaşdırılması, onların istehsal xərclərinin azaldılması və gəlir əldə etmək imkanlarının artırılması məqsədilə dövlət tərəfindən böyük həcmdə dəstək tədbirləri göstərilir. Son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dəstək tədbirləri üzrə 1.2 milyard manata yaxın subsidiya ödənilib.

Aqrar sektorun bütün istiqamətləri üzrə təminatının, xüsusilə kənd təsərrüfatı texnikası ilə təchizatın daha da yaxşılaşdırılması üçün dəstək və xidmət tədbirləri davam etdirilib. “Aqrolizinq” ASC tərəfindən ölkəyə 44 minə yaxın kənd təsərrüfatı texnikası, 843 min ton mineral gübrə və 30 mindən artıq damazlıq heyvan gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə istifadəyə verilib.

Nazirlik tərəfindən yaradılmaqda olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Bütün xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək.

Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib. DAİM-lərin və burada fəaliyyət göstərən Fermer Şuralarının formalaşdırılması prosesi yekunlaşıb. 

5. Aqrar ticarət. Kənd təsərrüfatı sahəsində hazırda iqtisadi fəallığın yüksəlməsi, bu sahəyə böyük həvəsin göstərilməsi və məhsul bolluğunun yaranması müşahidə olunur. Fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması, məhsulların satılmasına və satışda yaranan problemlərin aradan qaldırılmasına yardımın göstərilməsi məqsədilə nazirlik yanında Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb.

Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın göstəricisidir. Bu tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi “Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur”. Öz şərəfli əməyi ilə ölkənin ərzaq təhlükəsizliyinə misilsiz töhfələr verən və əhalinin davamlı surətdə ərzaqla təmin olunması missiyasını üzərinə götürən kənd əməkçiləri və fermerlər də dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunub. 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Gününün təsis edilməsi onların tükənməz əməyinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir. Kənd zəhmətkeşlərinin gərgin əməyi sayəsində aqrar sahədə qazandıqları nailiyyətlər və davamlı uğurlar dövlətimizin başçısının onlara verdiyi bu qiymətin, göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə bütün kənd təsərrüfatı işçilərini, xüsusilə məhsul istehsalı ilə məşğul olan kənd zəhmətkeşlərini ürəkdən təbrik edir, onlara şəxsi həyatlarında və işlərində uğurlar arzulayır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Nəsimi ili”ndə müharibə meydanında qalan Nəsiminin məzarı - FOTOLAR
19.01.2019, 10:11

“Nəsimi ili”ndə müharibə meydanında qalan Nəsiminin məzarı - FOTOLAR

Ermənilər kəndlərimizi atəşə tutdu
19.01.2019, 09:51

Ermənilər kəndlərimizi atəşə tutdu

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19.01.2019, 09:35

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  
19.01.2019, 09:32

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  

Bakıda 18 yaşlı oğlan itkin düşdü
19.01.2019, 09:30

Bakıda 18 yaşlı oğlan itkin düşdü

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım
19.01.2019, 09:03

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19.01.2019, 01:01

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen In fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen In fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

ARXİV