Modern.az

Xankəndidə güclü partlayış - VİDEO (YENİLƏNİB)

Xankəndidə güclü partlayış - VİDEO (YENİLƏNİB)

Aktual

25 Avqust 2022, 15:34

Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərindəki partlayışın səbəbi məlum olub.

 

Modern.az xəbər verir ki, oksigen avadanlığı sexində yüksək təzyiqli konteynerlərin partlaması nəticəsində güclü yanğın baş verib. Hadisə yerinə xilasedicilər cəlb edilib.

 

Dağıntı və təlafat barədə hələ ki məlumat verilməyib.

 

***

Qarabağın mərkəzində - Xankəndi şəhərindəki binalardan birində baş verən yanğından sonra partlayış olub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda vəziyyət aydınlaşdırılır.

Hadisənin səbəbi hələ ki məlum deyil.


 

Twitter
Sizə yeni tvit var
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı