Modern.az

8 ay keçsə də, bu partiyalar hələ hesabat verməyib - SİYAHI

8 ay keçsə də, bu partiyalar hələ hesabat verməyib - SİYAHI

30 Avqust 2022, 09:38

Azərbaycanda fəaliyyət göstərən 10 siyasi partiya ötən ilin maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

 

Modern.az bildirir ki, 2022-ci ilin 8 ayı geridə qalsa da, cəmi 48 partiya hesabatını MSK-ya göndərib, yerdə qalan 10 partiyadan isə hələ xəbər yoxdur. 

 

Hesabat verən partiyaların siyahısı:

 

  1. Yeni Azərbaycan Partiyası
  2. Azərbaycan Milli İstiqlal Partiyası
  3. Azərbaycan Ümid Partiyası
  4. Müsavat Partiyası
  5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
  6. Milli Cəbhə Partiyası (MCP)
  7. “Milli Vəhdət” Partiyası 
  8. Böyük Azərbaycan Partiyası 
  9. “Qorqud” Partiyası 
  10. Böyük Quruluş Partiyası
  11. Azərbaycan Demokratik Maarifçilik Partiyası
  12. Müasir Musavat Partiyası 
  13. Azərbaycan Xalq Partiyası 
  14. Vətəndaş və İnkişaf Partiyası
  15. Müstəqil Xalq Partiyası (MXP)
  16. “Ana Vətən” Partiyası (AVP)
  17. Demokratik İslahatlar Partiyası
  18. Azərbaycan Tərəqqi Partiyası 
  19. Vətəndaş Həmrəyliyi Partiyası
  20. “Ədalət” Partiyası
  21. Milli Dirçəliş Hərəkatı Partiyası 
  22. Azərbaycan Liberal Partiyası 
  23. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 
  24. Azərbaycan Respublikaçılar Partiyası 
  25. Milli Həmrəylik Partiyası (MHP)
  26. Aydınlar Partiyası
  27. Cümhuriyyət Xalq Partiyası (CXP) 
  28. Azərbaycan Kommunist Partiyası 
  29. Azərbaycan Təkamül Partiyası 
  30. “Birlik” Partiyası 
  31. Azərbaycan Sosial Demokrat Partiyası 
  32. Ağ Partiyası (AĞP) 
  33. Milli Konqres Partiyası 
  34. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 
  35. Vəhdət Partiyası
  36. Yeni Zaman Partiyası (YZP)
  37. Respublikaçı Alternativ (REAL) Partiyası
  38. Azərbaycan Milli Demokrat Partiyası 
  39. Milli Demokrat İdrak Partiyası 
  40. Vətəndaş Birliyi Partiyası 
  41. Azərbaycan Sosial Rifah Partiyası
  42. Azərbaycan Azad Respublikaçılar Partiyası 
  43. Gələcək Azərbaycan Partiyası (GAP) 
  44. Klassik Xalq Cəbhəsi Partiyası 
  45. Azərbaycan Demokrat Partiyası 
  46. Azad Demokratlar Partiyası (AzDP) 
  47. “Azərbaycan Mübarizləri” Partiyası 
  48.  
  49. Vahid Azərbaycan Milli Birlik Partiyası

 

Hesabat verməyən partiyaların siyahısı

 

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

Müstəqil Azərbaycan Partiyası

Azərbaycan Milli Dövlətçilik Partiyası

Azərbaycan Vətənpərvərlər Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Vahid Kommunist Partiyası

Sosial Ədalət Partiyası

Azadlıq Partiyası

Haqq Ədalət Partiyası (HƏP)

Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)

 

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, cari ilin yanvarın 1-də başlayan proses aprelin 1-də yekunlaşıb. Bəzi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etməyiblər. MSK prosedura uyğun olaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. 

 

Qaydalara əsasən, il ərzində oktyabr ayının 1-dək yeni yaradılan siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-nə qədər olan dövrü əhatə edir. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-nə qədərki dövrü əhatə etməlidir.

 

Beləliklə, 2021-ci il oktyabr ayında qeydiyyata alınmış Haqq Ədalət Partiyası (HƏP) və Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) oktyabr-dekabr aylarına aid maliyyə hesabatını təqdim etməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi