Modern.az

Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi - YENİLƏNİB

Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi - YENİLƏNİB

Aktual

11 Sentyabr 2022, 07:00

"Xural TV"-nin rəhbəri, jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun məhkəməsi başa çatıb.

 

Modern.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, Əvəz Zeynallı və Elçin Sadıqovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

 

Hər iki şəxs Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham olunub.

 

***

"Xural TV"-nin rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılıb.

 

Modern.az xəbər verir ki, onların barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

 

Hazırda məhkəmədə işə baxılma prosesinin davam etdiyi deyilir.

 

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub. Bu maddə üzrə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

 

Xatırladaq ki, bir neçə gün öncə "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev jurnalist Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb. O, Ə.Zeynallının hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib. E. Fətullayev, həmçinin 20 min manatın Rasim Məmmədovun vəkili Elçin Sadıqov tərəfindən Ə.Zeynallıya çatdırıldığını iddia edib.

 

Bu gün Ə.Zeynallı və E.Sadıqovun ofislərində axtarış aparılıb. Baş Prokurorluqdan bildirilib ki, “Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı barəsində cinayət işi açılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək