Modern.az

Ermənistanın yaydığı bu məlumat YALANDIR 

Ermənistanın yaydığı bu məlumat YALANDIR 

28 Sentyabr 2022, 21:11

Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

"Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

 

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb", - nazirliyin yaydığı məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək