Modern.az

UEFA-dan “Qarabağ”la bağlı növbəti PAYLAŞIM

UEFA-dan “Qarabağ”la bağlı növbəti PAYLAŞIM

3 Oktyabr 2022, 17:22

UEFA növbəti dəfə "Qarabağ" komandası ilə bağlı paylaşım edib.

 

Modern.az-ın məlumatına görə, Avropa Liqasının rəsmi tviter səhifəsində "köhlən atlar"ın Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı vurğulanıb.

 

Paylaşımda Ağdam klubunun ardıcıl 7 matçda qələbə qazandığı və ölkə çempionatında dominantlıq etdiyi bildirilib.

 

Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın son turunda "Azersun Arena"da "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı