Modern.az

44 ölkənin liderləri bir arada - YENİLƏNİB

44 ölkənin liderləri bir arada - YENİLƏNİB

6 Oktyabr 2022, 15:08

Çexiyanın paytaxtı Praqada Avropa İttifaqının 27 ölkəsinin və Türkiyənin də daxil olduğu 17 ölkənin liderlərini bir araya gətirən Avropa Siyasi Birliyinin (AST) ilk iclası başlayıb.


Modern.az xəbər verir ki, sammit Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi toplantıya ümumilikdə 44 lider qatılıb. 

 

Avropa ölkələrinin liderlərinin bir araya gəldiyi son illərin ən böyük liderlər toplantısında AST-nin daimi olub-olmayacağı müzakirə ediləcək. Avropa ölkələrinin bu toplantı ilə Rusiyaya güclü mesaj verəcəyi gözlənilir.

 

Hazırda AST-nin məqsədi siyasi dialoqu, əməkdaşlığı təşviq etmək və Avropa qitəsində sabitliyi möhkəmləndirməkdir. Bu gün iclasda həm də sülh-təhlükəsizlik, enerji-iqlim, iqtisadiyyat, miqrasiya-nəqliyyat mövzularına diqqət yetiriləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir