Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı

Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı

6 Oktyabr 2022, 12:43

Ermənistan Müdafiə Nazirliyi gözlənilməz xərclərə görə 1 milyard 805 milyon dram (təxminən 4,4 milyon dollar) alacaq.

Modern.az xəbər verir ki, müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilib.


Nazirliyin izahatında qeyd olunduğu kimi, cari fəaliyyətin təmin edilməsi üçün ilkin əhəmiyyət kəsb edən gözlənilməz xərclərlə əlaqədar vəsaitlərin ayrılmasına ehtiyac yaranıb.


Xatırladaq ki, Ermənistanın 2022-ci il üçün müdafiə büdcəsi 11% artaraq, təxminən 345 milyard dram (indiki məzənnə ilə - təxminən 850 milyon dollar) müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı