Modern.az

"Qarabağ"ın dünya reytinqindəki MÖVQEYİ

Aktual

10 Oktyabr 2022, 10:38

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

 

Modern.az xəbər verir ki, 305 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

 

Aktivində 130,5 xal olan "köhlən atlar"ın mövqeyi dəyişməz qalıb. Ölkə çempionu 91-ci pillədə qərarlaşıb.

 

İlk "3-lük"də 308 xalla "Palmeyras", 301 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 280 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?