Modern.az

Saakaşvilinin partiyasına yeni sədr gətirilir

Saakaşvilinin partiyasına yeni sədr gətirilir

Aktual

13 Noyabr 2022, 13:20

Gürcüstanda müxalif "Vahid Milli Hərəkat" partiyasının rəhbərinin seçilməsi ilə bağlı işçi qrupu yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın aparıcı üzvlərindən olan Qiorqi Baramidze məlumat verib.

 

Onun sözlərinə görə, işçi qrupu 7 nəfərdən ibarətdir və qrupun moderatoru Qiorqi Baramidze özü olacaq:

 

“Qrupun bir çox məsələyə və meyarlara cavab verən qaydalar yaratmaq üçün çox çətin işi olacaq. Meyarlardan biri də odur ki, seçkilər, səsvermə proseduru ədalətli, şəffaf və hamı üçün başa düşülən olmalıdır. Seçkilərdə hakim rejimin və ya digər maraqlı tərəflərin nümayəndələri deyil, məhz Milli Hərəkat partiyasının üzvləri və dəstəkçiləri iştirak etməlidirlər. Həmçinin proseslərdə bizim xaricdə yaşayan emiqrantlarımızın iştirakı da çox arzu ediləndir. Onlar arasında çox sayda Vahid Milli Hərəkat dəstəkçiləri var. Proses elə baş tutmalıdır ki, onun ədalətsiz olduğuna dair heç kim şübhə etməməlidir. Nəticələr obyektiv olmalıdır və məhz bu məqsədlə qeyd etdiyimiz qrup şəxs yaradılıb. Ümid edirik ki, 22 noyabradək qeyd etdiyimiz qaydaları nizamlaya biləcəyik. Ümid edirəm ki, siyasi şura bunu müzakirə edərək təsdiqləyəcək, daha sonra isə Vahid Milli Hərəkatın sədri vəzifəsinə namizədlər təbliğat-təşviqat kompaniyasına başlayacaqlar. Seçkilərin tələsik yox, ancaq tez şəkildə keçirilməsi bizim marağımızdır".

 

Qeyd edək ki, adıçəkilən partiya 19 il əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən yaradılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi