Xəzərin sahilində 2500 suiti cəsədi tapılıb - YENİLƏNİB 

Xəzərin sahilində 2500 suiti cəsədi tapılıb - YENİLƏNİB 

4 Dekabr 2022, 20:45

Xəzər dənizinin Dağıstan sahillərində 2500-ə yaxın suiti cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, suiti cəsədləri Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib. Tələf olan heyvanların sayının hesablanması davam edir.

 

"Bu, son on ildə Xəzər suitilərinin kütləvi tələfatıdır", - nazirlik bildirib.

 

***

18:06

 

Dağıstanda Xəzər dənizinin sahillərində tapılan ölü suitilərin sayı 1700-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xəzərin Ekoloji Mühafizəsi Mərkəzinin rəhbəri Zaur Qapizov məlumat verib.

 

Onun sözlərinə görə, suiti ölümlərinin sayı daha da arta bilər. Belə ki, heyvanlar fırtına nəticəsində həlak olurlar.

 

“Torlarda və ya dəriləri soyulmuş suitilərə rast gəlinməyib. Tamamilə bütöv cəmdəklərdir və onların artıq iki həftədir ki, öldükləri müəyyən olunub”, - deyə Qapizov vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq